Gənc müsəlman modeli təhqir etdilər - Nənəsi ona dəstək verdi - VİDEO - FOTOLAR

26.08.2015 15:04     Artreaksiya     3469

İtaliyanın Vegeto bölgəsində yaşayan Mərakeş əsilli 20 yaşlı model Ahlam Əl Brinis aldığı təhqir və təhdidlərə qarşı ilk müsəlman kimi gələn ay keçiriləcək “Miss İtaliya” gözəllik yarışmasının qalibi olmaq istədiyini deyib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı İngiltərənin “Telegraph” qəzeti yayıb.

Məlumata görə, qadın alt paltarı geyindiyinə görə təhqir edilən Brinis bəzi dairələr tərəfindən "İslamın adını ləkələyir" ittihamı ilə günahlandırılır.

Mərakeşdə yaşayan nənəsindən "Din ürəkdədir, geyindiyin paltarlarda deyil" sözlərilə dəstək alan model bu ittihamları “absurd” adlandırıb.

“La Repubblica” qəzetinə müsahibə verən Brinis " Təhqir edənlər oldu, ancaq həm yoldaşlarımdan, həm də heç tanımadığım insanlardan daha çox alqış mesajları almışam" sözlərini deyib və əlavə edib: “Dinin  gözəllik yarışması ilə heç bir əlaqəsi yoxdur”.

XƏYALINI 6 YAŞINDA YARATMAĞA BAŞLADI

6 yaşında “Miss İtaliya” yarışmasını izləyərkən ilk dəfə gözəllik kraliçası olmaq xəyalına düşən Brinis Venesiya yaxınlığında yerləşən Jesolo qəsəbəsində keçirilən gözəllik müsabiqəsinin son fazasında iştirak edəcək.

O, İtaliyanın şimal-şərqində yerləşən Padua şəhərində doğulub böyüdüyünü və tamamilə özünü italyan hiss etdiyini bildirib. Körpəlikdən ərəbcə bilməyən Brinis oğlan dostu Kristianla birgə yaşayır və evdə italyanca danışır.

Brinis "İtalyan yeməkləri bişirməkdən xoşum gəlir. Biri məndən Mərakeş yeməyi etməyimi istəsə də hardan başlayacağımı bilmirdim" sözlərini dilə gətirib.

Gənc model hazırda müsabiqəyə görə çəkisini artırmaq üçün bol makaron və qızardılmış ət yeyir.

 

Şərhlər