Acun Ilıcalı yeni telekanal alır

26.08.2015 16:03     Artreaksiya     2635

Türkiyənin TV8 kanalını satın almasından sonra futbol üzrə İngiltərə Premier Liqa matçlarını şifrəsiz yayımlayan və futbolsevərləri sevindirən Acun Ilıcalı daha bir sürpriz layihəyə imza atmaq üzrədir.

Reaksiya.az xəbər verir ki, Acun Ilıcalının yeni layihəsi barədə məlumatı “Hürriyet” qəzetinin köşə yazarı İzzet Çapa verib.

O bildirib ki, Acun Ilıcalı daha bir kanal alıb:

"Xəbəri ilk mən vermək istədim. Bizim Acun Yunanıstanın ən böyük telekanallarından birini satın almaq üzrədir. Xatırladıram ki, Acun müxbirlikdən prodüsserliyə, ondan sonra da kanal sahibliyinə qədər yüksəlib. İndi də beynəlxalq media qurumuna rəhbərlik edəcək. Bu uğur hekayəsinin qarşısında baş əyməmək mümkün deyil".

 

Şərhlər