"Nesvij" muzey-qoruğu Azərbaycanda birgə layihələrdə maraqlıdır

19.05.2025 20:42     Artreaksiya     59

Belarusun “Nesvij” Milli Tarixi-Mədəni Qoruq Muzeyi Azərbaycanda yeni sərgilərin keçirilməsi imkanını nəzərdən keçirir.

Bu barədə Report-un sualını cavablandıran muzeyin direktorunun birinci müavini Nataliya Jerko məlumat verib.

"Biz azərbaycanlı həmkarlarımızla mübadilə sərgiləri formatında birgə layihələr həyata keçirmək istərdik", - o qeyd edib.

N.Jerkonun sözlərinə görə, bu gün Bakıda açılışı olan "Nesvij - dünya mədəni irsi" sərgisi Azərbaycan Dövlət İncəsənət Muzeyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub: "Yeni tərəfdaşlıqların, tanışlıqların yaranmasına və qarşılıqlı əlaqələrin sərhədlərinin genişlənməsinə çox şadıq".

N.Jerko vurğulayıb ki, 2023-cü ildən "Nesvij" muzey-qoruğu ilə Azərbaycanın mədəniyyət müəssisələri arasında möhkəm tərəfdaşlıq münasibətləri qurulub.

O, həmçinin bildirib ki, muzey birgə layihələr üçün yeni imkanlar axtarmağa davam edəcək.

Reaksiya.az

Şərhlər