Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb

21.05.2025 20:13     Artreaksiya     65

Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalanıb.

Report-un Düşənbəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, sənədi Tacikistan Milli Kitabxanasının direktoru Farzalizada Cumaxon və  Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov imzalayıblar.

Memoranduma əsasən, iki ölkənin milli kitabxanası arasında qarşılıqlı faəliyyət və mübadilələr həyata keçiriləcək.

Eləcə də bu fəaliyyətin bir parçası kimi Tacikistanın və Azərbaycanın görkəmli şəxslərinin yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.

Reaksiya.az

Şərhlər