Məşhur musiqiçidən azan fasiləsi

27.08.2015 10:13     Artreaksiya     2450

Tanınmış türk pianist Fazıl Say dünən gecə İstanbulda konsert proqramı ilə çıxış edib. Konsert əsnasında azan oxunarkən sənətçi musiqiyə fasilə verib və "İnanclı insanlarımıza qarşı hörmətsizlik etmək istəmirik" deyə bildirib. Daim din əleyhinə çıxışları ilə gündəmə gələn musiqiçinin bu addımı konserti izləyənlər tərəfindən alqışla qarşılanıb.

Ölkəsinin son günlərdə xeyli sayda şəhid verməsinə də toxunan pianist "Memleketim" adlı musiqisini şəhidlərin xatirəsinə həsr edib.

Şərhlər