Burak Özçivitin yeni serialının vaxtı dəyişdirildi

28.08.2015 10:10     Artreaksiya     2713

Baş rollar Burak Özçivit və Neslihan Atagül tərəfindən oynanılan və böyük maraqla gözlənilən “Kara Sevda” serialının yayımlanması təxirə salınıb.

Reaksiya.az xəbər verir ki, buna səbəb serialın çəkilişləri zamanı yaranan qalmaqaldır.

Serialda rol alacaq Furkan Andıç çəkilişə hazırlıqsız, əzbərlərini etmədən gəlib, çəkilişlər də ləngiyib. Bu səbəbdən də aktyor serialdan ayrılıb.

Baş verən bu hadisələrdən sonra Furkan Andıçın yerinə yeni aktyor axtarmağa başlayıblar.

Serialın sentyabr əvəzinə oktyabrın sonunda yayımlanması planlaşdırılır.

Şərhlər