"Allaha inandığım zaman yaşadığımı hiss etdim" - Tolstoy
09.09.2015 15:35 Artreaksiya 2721
Bu gün məşhur rus yazıçısı Lev Tolstoyun ad günüdür. O, 1828-ci il sentyabrın 9-da anadan olub.
Tolstoy yazdığı “Hərb və Sülh” və “Anne Karenina” əsərləri ilə XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini yaradaraq, realist roman janrının yüksək zirvəsində qərar tutub.
Keşməkeşli həyat sürən Tolstoyun Qafqazda yaşadığı illər yaradıcılığına böyük təsir göstərib. Sonralar yazdığı məşhur "Kazaklar" və "Hacı Murad" povestlərinin və başqa əsərlərinin materiallarını da Tolstoy Qafqazda toplayıb.
Dünya ədəbiyyatının ən gözəl əsərlərindən biri sayılan "Hərb və sülh" romanını 1863-1869-cu illərdə yazıb. "Hərb və sülh" romanından sonra dünya şöhrəti qazanan əsəri "Anna Karenina" romanı olub.
Görkəmli yazıçının dünyagörüşü və yaradıcılığında islam dini böyük yer tutur.
Tolstoyun ölümündən bir il əvvəl Hz. Məhəmmədin (s.a.s) hədislərini yığdığı bir risaləsi olduğu da ortaya çıxıb.
Risalənin içində yazıçı "Allaha inandığım zaman yaşadığımı hiss etdim" cümləsi də qeyd edib.
Tolstoyun Azərbaycan ədəbiyyatı ilə tanış olduğu məlum olub. O, hələ 1880-ci ilin martında şair Afanasi Fetə məktubunda Azərbaycan mütəfəkkiri və şairi Mirzə Şəfi Vazehin əsərlərini oxuduğunu və yüksək qiymətləndirdiyini yazıb.
Lev Tolstoy 1910-cu il noyabrın 7-də 82 yaşında vəfat edib.
Şərhlər