Keyt Middleton 3-cü dəfə ana olacaq - İDDİA

09.09.2015 17:59     Artreaksiya     2403

Keyt Middleton ilk körpəsini dünyaya gətirdikdən dərhal sonra müxtəlif tədbirlərə qatılıb, ikinci dəfə ana olandan sonra isə uzun müddət cəmiyyətdən kənarda qalıb.

Reaksiya.az xəbər verir ki, Star jurnalı Keyt Middletonun 3-cü dəfə ana olacağını iddia edib.

Jurnal iddiasını belə əsaslandırıb ki, Keyt Middleton digər iki hamiləlikdə olduğu ürək bulantılarından şikayətləndiyi üçün rəsmi olaraq qatılması lazım olan dəvətlərə belə qatılmır.

“Hollivud Life” jurnalı da kral ailəsinə yaxın mənbələrə əsaslanaraq xəbər verib ki, 33 yaşlı Kate Middleton 35 yaşını bitirənə qədər üçüncü uşağını dünyaya gətirməyi planlaşdırır.

Keyt Middleton ötən ay həyat yoldaşı Şahzadə Uilyamın yaxın dostlarının toyuna qatılmaqdan son anda imtina edib.

Hersoginyanın üçüncü hamiləliyini irəli sürən mənbələr bu hadisəni də dəlil kimi göstərir.

İngiltərənin “Daily Mail” qəzeti isə Keyt Middletonun növbəti həftə Londondakı Anna Freud Centre səfər edəcəyini yazıb.

Şərhlər