Rita Oradan Türk qızı Ebruya alqış - VİDEO

10.09.2015 11:58     Artreaksiya     2599

Londonda yaşayan, təhsil və müğənnilik karyerasını bir arada icra edən Ebru Gürsoy adlı Türk qızı "X Factor İngiltərə" yarışında münsiflərdən alqış alıb.

Reaksiya.az xəbər verir ki, 27 yaşlı Ebru keçdiyimiz günlərdə "X Factor İngiltərə”nin Londonda keçirilən yarışında iştirak edib.

Simon Cowell, Cheryl Fernandez-Versini, Nik Grimshaw və Rita Oradan ibarət münsiflər heyətinin qarşısında çıxış etən müğənni salonu dolduran tamaşaçıdan, həm də dünya şöhrətli münsiflərdən böyük alqış alıb.

Ebru daha bir mərhələ adlayacağı təqdirdə finalçılar arasında yer alacaq.

O, ITV kanalında yayımlanan seçimdən sonra sosial media vasitəsilə onu sevənlərə təşəkkür edib: "Hamınıza “Çox sağ olun!” deyirəm. Allah sizi qorusun. Məqsədim daha bir mərhələ adlamaqdır".

Cheryl Fernandez-Versini Ebruya mahnısı bitdikdən sonra "Səndə star işığı var" deyib.

Şərhlər