Pikassonun ən böyük heykəl sərgisi açılır
12.09.2015 10:08 Artreaksiya 2219
Pikassonun 140 heykəlinin yer aldığı sərgi Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində (MoMA) açılacaq.
Reaksiya.az xəbər verir ki, məşhur İspan rəssamı Pablo Pikassonun heykəlləri 14 sentyabrda MoMA-da təqdim olunacaq.
Sərgidə Pikassonun 1960-cı illərin sonlarında hazırladığı nəhəng heykəlləri də yer alır.
Qeyd edək ki, sərgidəki əsərlərin 50-si Parisdəki Pikasso Milli Muzeyindən gətirilib.
Digəriləri isə ABŞ və başqa ölkələrdə yaşayan kolleksiyaçılardan xüsusi razılıqla alınıb.
Heykəl sərgisi 2016-cı ilin fevralınadək açıq qalacaq.
Şərhlər