Azərbaycan və Uruqvay arasında saziş imzalandı
16.09.2015 15:17 Artreaksiya 2504
Azərbaycan və Uruqvay arasında ilk dəfə olaraq mədəniyyət sahəsində saziş imzalanıb.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, saziş Uruqvayın xarici işlər nazirinin müavini Xose Luis Kanselanın Bakıya səfəri çərçivəsində imzalanıb. Bakıda olan uruqvaylı nazir müavini Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb. Görüşdə Azərbaycanla Uruqvay arasında 1994-cü ildən etibarən qurulmuş diplomatik əlaqələrdən söhbət açılıb və bildirilib ki, bu əlaqələr daha da möhkəmləndirilib inkişaf etdirilməlidir.
Öz növbəsində, X.L.Kansela Uruqvayın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.
Görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonağa 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında da məlumat verərək onu forumda iştirak etməyə dəvət edib.
Sonra Azərbaycanla Uruqvay dövlətləri arasında mədəni əlaqələrin inkişafı ilə bağlı mədəniyyət haqqında ilk saziş imzalanıb.
Şərhlər