Azərbaycanlı heykəltaraş fəxri ada layiq görüldü
21.09.2015 14:42 Artreaksiya 3003
Azərbaycanlı heykəltaraş Zeynalabdin İskəndərov Roma Rəssamlıq Akademiyasının Fəxri Professoru adına layiq görülüb.
Roma Rəssamlıq Akademiyasının Prezidenti dünya şöhrətli heykəltaraş Alfio Monjelli azərbaycanlı heykəltaraş Zeynalabdin İskəndərovu Roma Rəssamlıq Akademiyasının Fəxri Professoru adına layiq görülməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Zeynalabdin İskəndərov İtaliya və Azərbaycanın incəsənətinə, mədəniyətinə verdiyi töhfələrə görə Roma Rəssamlıq Akademiyasının Fəxri Professoru adına layiq görülsun”.
Roma Rəssamlıq Akademiyasının Prezidenti Alfio Monjelli Zeynalabdin İsgəndərova yaradıcılığına görə təşəkkürünü bildirib.
Zeynalabdın İsgəndərov ona göstərilən yüksək giymətə görə Monjelliye dərin minnətdarlıq edib.
Şərhlər