İtalyan kinosunun “Oskar”ları təqdim olunub
13.06.2015 12:14 Artreaksiya 2232
İtalyan kinosunun “Oskar”ı kimi qəbul edilən “David di Donatello” mükafatlarının bu ilki qalibləri müəyyən edilib . Gecəyə Francesco Munzinin rejissoru olduğu "Qara ruhlar" filmi damğasını vurub.
İtalyanın paytaxtı Romadakı Teatro Olimpikoda təşkil edilən təqdimetmə mərasimi italyan və dünya kinosunun məşhur imzalarının qırmızı xalçada görünməsi ilə başlayıb
59 – cu David di Donatello mükafatlarının təqdimetmə mərasimində bu ilin "ən yaxşı film mükafatı"na Francesco Munzinin rejissoru olduğu "Qara ruhlar" filmi layiq görülüb.
Gioacchino Criaconun romanı əsasında ekranlaşdırılan “Qara ruhlar” bir yarısı cinayət dünyasında görünən, digər bir yarısı isə çirkli işlərdən uzaq, sakit bir həyatını davam etdirməyə çalışan özlərinə fərqli həyat formaları mənimsəmiş bir keşişin 3 oğlunun hekayəsini izah edir.
Film, "ən yaxşı film mükafatı" istisna olmaqla, "ən yaxşı rejissor, ən orijinal mahnı, ən yaxşı produser, ən yaxşı montaj, ən yaxşı səs, ən yaxşı musiqiçi və ən yaxşı ssenari“ nominasiyalarında da David di Donatello mükafatlarını da alıb.
Gecədə italyan kinosunun məşhur simalarından ABŞ – lı kinorejissoru Quentin Tarantino da iştirak edib. Tarantino 1994-cü ildə çəkdiyi “Pulp Ficton” və 2012-ci ildə çəkdiyi Türkiyədə "Zəncirsiz" adı ilə kinoteatrlara daxil olan "Django Unchained" filmləri ilə keçmişin ən yaxşı David di Donatellosu mükafatlarına layiq görülüb.
Şərhlər