Dünyaya meydan oxuyan rus modelləri

23.09.2015 17:43     Artreaksiya     3767

Gözəllik və zəriflikləri ilə rus qadınlarının moda dünyasında fırtına yaratdığı bir həqiqətdir.

Reaksiya.az qərbin moda dünyasında uğurlara imza atmış ən gözəl 10 rus modelini sizə təqdim edir:

Supermodel Natalya Vodianova hələ 15 yaşında bazarda meyvə satarkən bir agentlik sahibi tərəfindən kəşf edilib. Məşhur model Loreal, Calvin Klein kimi dünyaca məşhur markalarla çalışıb. Natalya Vodianova  2009-cu ildə Eurovision mahnı müsabiqəsinin  aparıcısı olub.

Rus güzelleri - Natalya Vodianova

Anna Seleznevanı 2007-ci ildə Macdonalds kəşf edib. Model, daha sonra Versace, Guerlain Aqua, Ralf Lauren, Emporio Armani kimi markalarla çalışıb.

Rus güzelleri - Anna Selezneva

Model Maşa Novoselova Victoria's Secret, Christian Dior, Chanel, Gucci, Hugo Boss gimi markalarla əməkdaşlıq edib.

Rus güzelleri - Maşa Novoselova

Nataşa Polevşikova (Poli) model  karyerasına 2000-ci ildə başlayıb. Model Gucci, Prada, Lanvin, Fendi, Louis Vuitton, Roberto Cavalli, Ralf Laure kimi markalarla işləyib.

Rus güzelleri -  Nataşa Polevşikova (Poli)

Anna Vlalitsina (V) 15 yaşında peşəkar model karyerasına başlayıb. V.Vogue, ELLE və Glamour kimi dünyaca məhşur dərgilərlə əməkdaşlıq edib. 2011-ci ildə etibarən isə  “Victorias Secret “mələklərindən biri olub.

Rus güzelleri -  Anna Vlalitsina

Model Saşa Pivovarova Fransız dizayner Jan Pol Gaultierin 2011-2012 payız-qış  kolleksiyası defilesində.

Rus güzelleri - Saşa Pivovarova

Model Vlada Roslyakova Vogue jurnalı tərəfindən 2000-ci illərin ən yaxşı 30 top modelindən biri kimi göstərilib.

Rus güzelleri - Vlada Roslyakova

İrina Kulikova Moskvada bir restoranda aktrisa Liv Tyler və “IMG Model” şirkəti tərəfindən kəşf edilib. Prada, Nina Ricci, Louis Vuitton, Calvin Klein kimi markalarla çalışıb.

Rus güzelleri - Irina Kulikova

Model Kate  (Yekaterina) Grigoriyeva Londondakı bir Victorias Secret  defilesində. Məşhur model, Versace, Gucci, Dolce & Gabbana kimi markalarla çalışıb.

Rus güzelleri - Kate (Yekaterina) Grigoriyeva

Model Sasha Luss dizayner Elie Saab-ın Parisdəki 2015-2016 payız-kış kolleksiyasının  defilesində. Məşhur model Prada, Valentino, Calvin Klein, Louis Vuitton və Givenchy kimi markalarla işləyib.

Rus güzelleri - Sasha Luss

Şərhlər