Məşhur müğənni Milandan beş çanta geyimlə qayıtdı

29.09.2015 16:11     Artreaksiya     2662

Türkiyəli müğənni Demet Akalın Milan səyahətindən 5 çanta paltarla qayıdıb.

Reaksiya.az xəbər verir ki, Demet Akalın və həyat yoldaşı Okan Kurt bayramda Donatella Versace moda nümayişini izləmək üçün İtaliyanın Milan şəhərində olub.

Cütlük səyahətdən qayıdan zaman Atatürk Hava Limanında jurnaslitlərin kamerlarına tuş gəlib.

Akalın jurnalistlərə deyib ki, "Baxın, Okan özünə beş çanta paltar alıb".

Okan Kurt isə cavab olaraq bildirib ki, "Demet Akalın Versacenin xüsusi dəvətlisi idi. Oktyabrda keçirləcək konserti üçün müxtəlif geyimlər aldıq. Qiymətlər Türkiyəyə nisbətən daha uyğundur".

Jurnalistlər barmağındakı briliant üzüyü soruşduqda isə Akalın "Yeni deyil, Okan bəy 5 ildir ki, mənə üzük almır" - cavabını verib.

Şərhlər