Leyla Əliyeva əl işini satışa çıxardı
01.10.2015 13:29 Artreaksiya 2418
Londonda “Britaniya cəmiyyəti xərçənglə mübarizədə” adlı xeyriyyə tədbiri keçirilir.
Reaksiya.az-ın məlumatına görə, tədbirdə bir çox məşhurların sənət əsərləri satışa çıxarılıb. Onlar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyevanın da əl işi yer alıb.
L.Əliyeva fonda kömək etmək üçün özünün hazırladığı “Portağal ağacı” adlı incəsənət nümunəsini təqdim edib.
Şərhlər