"Niyə məni təhqir edirlər?" - 9 yaşlı aktyor

06.10.2015 10:38     Artreaksiya     2591

Kanal D-nin yeni serialı "Bir dəniz hekayəsi"nin balaca qəhrəmanı Emir Berke Zincidi 9 yaşını çəkiliş meydançasında qeyd edib.

Reaksiya.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, partiyə aktyorun valideynləri də gəlib. Sevgi və Berkant Zincidi oğullarının serial çəkilişləri zamanı kapriz göstərdiyini, hər gün 110 kilometr uzaqda bir restorandan ət istədiyi xəbərlərinin həqiqətə uyğun olmadığını deyiblər. Balaca qəhrəmanın atası deyib:

"Oğlumuzu qudurğan və kaprizli bir uşaq kimi göstərərək uğurlarını qaralamağa çalışırlar. Son iki ildə 8-ci belə xəbərdir ki, yayırlar. İndiyə kimi gizlədirdik, amma artıq özü sosial mediadan istifadə edir. Bir gün haqqında yazılan bir şərhi mənə göstərib deyirdi ki, "ata, mən bu insana nə etmişəm, niyə məni təhqir edirlər? Futbol oynayan dostlarım var, amma onlar haqda heç kim pis nəsə yazmır. Mən onlara neynəmişəm, bilmirəm. Yaddan çıxarırlar ki, hələ uşağam" deyirdi.

Şərhlər