Məşhur müğənni ağır xəstəliyə tutuldu

08.10.2015 16:45     Artreaksiya     2757

Dünya şöhrətli müğənni Selena Gomez kemoterapiya müalicəsi aldığını açıqlayıb.

Reaksiya.az xəbər verir ki, müğənni lupus xəstəliyinə düçar olub.

O, sənətinə fasilə verməsinin səbəbinin də xəstəliyi olduğunu bildirib.

Selena Gomez, həmçinin qeyd edib ki, ilk vaxtlar xəstəliyindən heç kəsə bəhs etməyib və uzun müddət evə qapanıb.

Bu açıqlamalarından sonra pərəstişkarları sosial müdia üzərindən məşhur ulduza dəstək mesajları göndəriblər.

Şərhlər