Ebru Gündəşin 41 yaşı oldu

12.10.2015 12:44     Artreaksiya     6267

Minlərlə tamaşaçı tərəfindən sevilən Türk müğənnisi Ebru Gündəş 1974-cü il oktyabr ayının 12-də dünyaya göz açıb. Onun bu gün 41 yaşı tamam olur. 

Ebru Gündəş  müğənni kimi fəaliyyətə başlamazdan əvvəl Türkiyənin sevilən səs sənətkarı Emel Sayına vokalistlik edib. Ebru Gündəş  ilk dəfə Marş Müzik Yapım ilə anlaşma imzalayaraq müğənniliyə start verib.

Məlahətli səsi, özünə məxsus ifası, bənzərsiz xarici görkəmi ilə sevilən və seçilən Ebru Gündəşin demək olar ki, oxuduğu bütün mahnılar hit olub. 1992-ci ildən bəri müğənninin 16 musiqi albomu işıq üzü görüb. “Sən Allahın bir lütfüsün”, “Çingənəm”, “Fırtınalar”, “Alev alev”, “Sən yoluna, bən yoluma”, “Dəli divanə” kimi dillər əzbəri olmuş mahnıları indi də sevilərək, bəyənilərək dinlənilir.

O, həmçinin bir neçə televiziya proqramlarına aparıcılıq edib. Hazırda “O səs Türkiyə” musiqi teleyarışmasının münsiflər heyətinin üzvlərindən biridir. Ötən il komandasında çıxış edən həmyerlimiz Elnur Hüseynovla birincilik qazanmışdı.

Ebru Gündəş 2010-cu ildə İranlı azərbaycanlı iş adamı Rza Zərrabla ailə həyatı qurub.

2011-ci ilin 15 oktyabrında bu evlilikdən cütlüyün Alara adlı qızları dünyaya gəlib. 

Şərhlər