Milli qəhrəman haqqında cizgi filmi çəkilir

12.10.2015 13:29     Artreaksiya     2539

Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin ssenarisi əsasında Milli Qəhrəman Mübariz İbrahimov haqqında Azərbaycanın ilk cizgi-romanı hazırlanır. Cizgi-romanın rəssamı Vasif Səftərovdur.

Müəllif bildirib ki, cizgi filminin çəkilməsində əsas məqsəd gələcəyimiz olan uşaqların Vətənə, torpağa, milli mənəvi dəyərlərimizə hörmət ruhunda böyüməsi, onların qəhrəmanlarımızı tanımasıdır.

Yaxın vaxtlarda oxuculara və tamaşaçılara təqdim olunacaq cizgi-romanın üzərində son tamamlama işləri aparılır. 

Şərhlər

Çox oxunanlar