Krım tatarcası Türkiyədə məktəblərdə öyrədiləcək

16.06.2015 11:26     Artreaksiya     2250

Türkiyədəki orta təhsildə (5, 6, 7, 8. Derece) Krım Tatar dilinin öyrədilməsi üçün əhəmiyyətli bir addım daha atılıb. Krım Türkləri Mədəniyyət və Həmrəyliyi Dərnəyi İdarə Heyəti tərəfindən Krım tatarcasının məktəblərdə öyrədilməsi üçün Türkiyə Milli Təhsil Nazirliyinə edilən müraciətə nazirlik tərəfindən verilən cavabda Krım Tatarcası dərs proqramının Təlim Tərbiyə heyəti tərəfindən yayımlanan nümunəyə uyğun olaraq hazırlanması üçün İdarə heyətinə xahiş edildi.

Yaşayan dillər və ləhcələr proqramı çərçivəsində Türkiyədəki ibtidai təhsil ikinci səviyyədə (orta) Türkiyədə danışılan dilləri öyrənmək istəyən ailələrin uşaqlarına öyrədilir. Bu günə kimi adıgeycə, abxazca, lazca, gürcücə və kürdcə kimi dillər Türkiyə Milli Təhsil Nazirliyi tərəfindən proqrama alınıb.

Krım Türkləri Mədəniyyət və Həmrəyliyi Dərnəyi İdarə Heyətinin tələbi ilə Krım Tatarcasının təhsili məsələsində qəti qərar verilsə ilk dəfə bir türk ləhcəsi Türkiyədə rəsmi olaraq orta təhsil proqramına salınacaq. Qeyd edək ki, Krım Tatarcası, eyni zamanda YUNESKO-nun təhlükə altındakı dillər siyahısındadır.

Şərhlər