İnsan alverində təqsirləndirilən prodüserin məhkəməsi başlayıb
16.06.2015 13:46 Artreaksiya 2220
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Vəfa Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası iyunun 19-na təyin edilib.
Qeyd edək ki, V. Məmmədova prodüser olub. Onun bir neçə müğənninin prodüseri olduğu bildirilir. O, Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsinə əsasən ittiham edilir.
Şərhlər