“Həmin serialda heç bir söyüş söyülməyib” - Afaq Bəşirqızı

14.10.2015 11:53     Artreaksiya     2512

Xəbər verildiyi kimi, dünən Milli Televiziya və Radio Yayım Şurası keçirdiyi iclasda ATV telekanalında yayımlanan “Qaynanamız” serialının dayandırılması ilə bağlı qərar verib. Buna səbəb kimi qeyri-etik məzmunlu ifadələrdən istifadə edilməsi göstərilib.

Xalq artisti Afaq Bəşirqızı bu olaya münasibət bildirib.

O, Reaksiya.az-a hazırda respublikadan kənarda olduğunu, yalnız telefonla əlaqə saxladığını deyib:

“Həmin serialda heç bir söyüş söyülməyib, mentalitetə, milli-dəyərlərə uyğun olmayan ifadə işlənməyib. Yəqin ki, belə məsləhət görülüb. Əslində bunun əsil səbəbini bilmirəm, çünki məsələnin içində deyiləm. İnşallah, birisi gün vətənə qayıdanda hər şeyi öyrənəcəm”.

Şərhlər