Sabir Rüstəmxanlının yeni romanı təqdim olundu

15.10.2015 15:03     Artreaksiya     2482

Bu gün Azərbaycan Yazıçılar Birliyində millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının yeni kitabının təqdimatı keçirilib.

Reaksiya.az xəbər verir ki, AYB-nin Natəvan Klubunda baş tutan təqdimatda “Şair və şər” romanı oxucuların ixtiyarına verilib.

Tədbirdə AYB-nin sədri Anar, Birliyin birinci katibi Fikrət Qoca, yazıçı Çingiz Abdullayev, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə və digər tanınmış ictimai xadimlər iştirak ediblər. Sabir Rüstəmxanlının yaradıcılığı ilə bağlı məlumat verən tədbir iştirakçıları kitab barədə öz fikirlərini bölüşüblər. 

Şərhlər