İstanbulda türk və qazax rəssamların birgə sərgisi keçirilib
17.06.2015 11:34 Artreaksiya 2232
İstanbul Halkalı Mədəniyyət və İncəsənət Mərkəzində Astana Bələdiyyəsi ilə ortaq şəkildə təşkil edilən rəsm sərgisi açılışında Küçükçekmece rayon icra nümayəndəsi Harun Kaya, Küçükçekmece Bələdiyyə sədrinin müavini Besim Müftüoğlu, Aydın Universiteti Gözəl Sənətlər fakültəsinin Dekanı Prof. Veysel Günay, Astana Bələdiyyəsinin mədəniyyət şöbəsinin müdiri Kuralay Skakova, Esil Bələdiyyə sədrinin müavini Gülnar Kasiyenova, bir çox qazax rəssam ilə Küçükçekmeceli sənətsevərlər iştirak ediblər.
İstanbul Böyükşəhər Bələdiyyəsi, Yunus Emre İnstitutu və Aydın Universitetinin dəstəyi ilə təşkil edilən sərgi çərçivəsində on qazax rəssam İstanbula gələrək İstanbulu fırça ilə vəsf ediblər. Layihə çərçivəsində Qazaxıstana gedəcək on türk rəssam isə qazax rəssamlarla birlikdə Astananı çəkəcək. Layihədə sənətçilər vasitəsilə iki şəhər arasında vizual bir dil yaradılması mqəsdəi güdülür. Sərgi daha bir neçə gün sənətsevərlərin ixtiyarında olacaq.
Şərhlər