"Heç bir alçaq Rəşid üçün pis deməz" - Əli Mirəliyev

23.10.2015 16:17     Artreaksiya     2711

Xəbər verildiyi kimi, müğənni Əli Mirəliyev dahi sənətkarlarımız Rəşid Behbudov, Yalçın Rzazadə və Mirzə Babayevin gey olduqlarını deyib: "Lakin onlar bunu aşkar etmirdilər. İndiki müğənni "kişi”lər saqqal saxlayır. Elə bilirlər ki müasirdirlər. Məsələn, Nadiq Qafarzadəni başa sala bilmirəm ki, ayə ... sən və Tolik birgə dilinizi qarnınıza qoyun, danışmayn. Kim danışsa da, siz kişilikdən danışmayın".

Reaksiya.az bu olayla bağlı Əli Mirəliyevin münasibətini öyrənib.

Müğənni danışılanların həqiqətə uyğun olmadığını bildirib:

“Bunlar hamısı fərziyyədir, Rəşidin, Yalçının oxumağından hər çıxışlarımda danışıram. Necə ola bilər ki, onlar həyatda yoxdur, mən 70 yaşlı kişi həyatda olmayan adamlar haqda nəsə deyim. Heç bir alçaq, dəlixana da yatmış ruhi xəstə belə Rəşid üçün pis deməz. Adamın deməyə dili gəlməz, cürəti çatmaz. Yalçınla mən bir kollektivdə işləmişəm, bir yerdə işləyə-işləyə mən necə onun haqda belə deyə bilərəm. Mən deyə bilərəm ki, Yalçın parik qoyur başına, amma belə bir şey yoxdu axı. Mən Yalçını kişi kimi tanıyıram”.

Əli Mirəliyev müğənni Nadir Qafarzadə haqqında da xoşagəlməz sözlər demədiyini xüsusi vurğulayıb:

“Nadir əvvəla mənim dostumdur, Nadirin çılğın olduğunu, mənim kimi hövsələsiz olduğunu deyərəm, Məgər mən Nadirə şam tutmuşam ki, belə söz deyim. Bu ayıbdır axı, kişiyə yaraşan hərəkət deyil. Mən heç vaxt heç kəsin şəxsi həyatına qarışmamışam, oxumağına irad bildirmişəm ki, düz oxuyur, ya əyri oxuyur. Amma mənə çox vaxt sual veriblər ki, filankəs saçını əkdirir, saçını qaraldır və ya üzünü dartdırır, gel vurur dodaqlarına, burnunu qısaldır, buna necə baxırsınız. Mən də həmişə pis baxdığımı, kişi xeylağına yaraşmadığını bildirmişəm. Axır vaxtlar kişilər də bir birinə oxşayır, əvvəllər qadınlar oxşayırdı, indi isə əksinədir. Mən bunları deyə bilərəm, amma rəhmətliklər haqda heç nə demərəm”.

O, bu kimi xoşagəlməz xəbərlərin yayılmasının əsas səbəblərini də söyləyib:

“Səviyyəsiz verilişlərin bağlanmasının vacibliyini tez-tez deyirəm. Əsas səbəb də budur, sonra savadsız, 5 manata qulluq edən  jurnalistlər ordan-burdan danışdıqlarımı tapırlar, montaj edib, göstərirlər”.

Şərhlər