Bu musiqimiz tarixə düşdü

24.10.2015 03:35     Artreaksiya     1946

Moskvada Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Araş və Aysel Teymurzadə tarixə düşüb 

Reaksiya.az-ın məlumatına görə, 60 illik tarixində ən çox bal toplayan mahnıların siyahısı hazırlanıb. Aleksandr Rıbak "Fairytail" mahnısı ilə 387 xal toplayaraq siyahının başında gəlir.

2012-ci ildə keçirilən müsabiqədə qalib olan İsveç təmsilçisi Loren isə "Euphoria" mahnısı ilə 372 xal toplayaraq ikinci yeri tutub.

2010-cu ildə ölkəmizi bu müsabiqədə təmsil edən Araş və Aysel Teymurzadənin ifa etdiyi "Always" mahnısı isə 253 xal toplayıb və siyahıda 16-cı yerdə qərarlaşıb.

Şərhlər