Bəxtiyar Vahabzadəyə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
30.10.2015 00:34 Artreaksiya 1998
Heydər Əliyev Sarayında xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. Reaksiya.az-ın APA-ya istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev B. Vahabzadənin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən danışıb. Nazir qeyd edib ki, B. Vahabzadə Azərbaycan dilinin və mənəviyyatının qorunmasında müstəsna xidmətlər göstərib və şairin yubiley mərasimi müxtəlif tədbirlərlə ilboyu davam edəcək.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli B. Vahabzadənin yaradıcılığındakı özünüdərk ideyalarından, milli şüurun formalaşmasındakı xidmətlərdən bəhs edib.
Yubiley tədbirində şairin indiyədək çap edilən kitablarından ibarət sərgi təşkil edilib, səhnəyə qoyulan tamaşalarından parçalar oynanılıb.
Şərhlər