“Yaxınlarda Azərbaycan nağıllarına da müraciət edəcəyik”
19.06.2015 12:39 Artreaksiya 2486
Saxa – Yakutiyada nəşr olunan “Kxatan” jurnalının baş redaktoru Yeqor Nikolayev: "Biz ancaq saxa türkcəsində yazırıq"...
Rusiyada yaşayan Saxa türklərinin “Kxatan” uşaq jurnalının baş redaktoru Yeqor Nikolayevlə virtual əlaqə saxladıq. Söhbətimiz zamanı baş redaktor bildirdi ki, “Kxatan” jurnalı saxa türkcəsində fəaliyyət göstərir: “Biz ancaq saxa türkcəsində yazırıq. Jurnalımız da bu dilin yaşaması və uşaqlar arasında aktuallaşması üçün çalışır. Amma hazırda bu dildə yazan uşaq yazıçılarımız demək olar ki, yoxdur. Bəzən klassiklərimizin uşaqlar üçün yazdıqlarını verməklə kifayətlənirik. Jurnal yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub. Yəni, “Kxatan” jurnalı təkcə ədəbiyyat jurnalı deyil, müxtəlif sahələri özündə əks etdirir. Saxaca yazan müəlliflərimizin əksəriyyəti bu sahədə könüllü çalışan müəllimlər, digər peşə sahibləridir. Amma onlar da peşəkar sayıla bilməzlər. Tez – tez müxtəlif xalqların uşaq ədəbiyyatı nümunələrindən istifadə edirik. Mən özüm nağılları, uşaq şeirlərini tərcümə edirəm. Elə bu yaxınlarda Altay türklərinin, noqayların, dağıstanlıların nağıllarını tərcümə etmişəm və jurnalımızda dərc oluinub. Yaxınlarda Azərbaycan nağıllarına da müraciət edəcəyik”.
Şərhlər