Afaq Bəşirqızının yubileyi qeyd olunacaq
02.11.2015 18:00 Artreaksiya 2307
Dövlət Musiqili Teatrında xalq artisti Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunacaq.
Reaksiya.az xəbər verir ki, yubley noyabrın 7-də baş tutacaq.
Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, tədbir mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən keçiriləcək.
Yubiley tədbiri çərçivəsində Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunacaq.
Tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, rejissor assistenti Tamilla Aslanovadır.
Səhnə əsərində xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa edirlər.
Şərhlər