Əməkdar artistin qızı məşhur müğənni ilə duet oxudu - VİDEO

03.11.2015 04:56     Artreaksiya     2378

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva “O səs Türkiyə” yarışmasında səhnəyə çıxıb.
 
Reaksiya.az-ın axsam.az-a istinadən məlumatına görə, hazırda İstanbulda təhsil alan Aynişan xalq artisti Polad Bülbüloğlunun repertuarından "Gəl, ey səhər" mahnısını ifa edərək münsiflərin dördünü də döndərə bilib.
 
Müğənni Murad Boz səhnəyə çıxaraq həmyerlimizlə eyni mahnını duet şəklində səsləndirib. A.Quliyeva sonda Muradı seçərək yarışmaya onunla davam etmək hüququ qazanıb.
 
Musiqi yarışmasının münsif kürsüsündə Ebru Gündeş, Hadisə, M.Boz, Gökhan və Hakan Özoğuz əyləşir.
 

Şərhlər