“Tanrının kölgəsi” təqdim olunub

19.06.2015 20:31     Artreaksiya     2473

Bu gün gənc şair Emin Pirinin ilk kitabı olan “Tanrının kölgəsi”nin təqdimat və imzalama mərasimi keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda baş tutan tədbiri giriş sözü ilə AYB-nin katibi Rəşad Məcid açıb. O, gənc şairi təbrik edərək yaradıcılıq uğurları arzu edib. 

Tənqidçi Əsəd Cahangirin aparıcılıq etdiyi təqdimat mərasimində AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, kitabın redaktoru “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru, şair-publisist Elçin Mirzəbəyli, yazıçı Elçin Hüseynbəyli, kulis.az saytının baş redaktoru Qan Turalı, şairə Fərqanə Mehdiyeva, şair Oqtay Rza, yazıçı Əyyub Qiyas, şair İbrahim İlyaslı, şair-publisist Faiq balabəyli və digərləri çıxış edərək Emin Pirinin uğurlu yaradıcılıq yolu keçdiyini vurğulamış, onun şeirlərindən nümunələr səsləndirmiş, gənc müəllifə yaradıcıq axtarışlarında yeni-yeni uğurlar arzulayıblar. 

Daha sonra söz Emin Piriyə verilib. O çıxış edərək onun yaradıcılığına göstərilən diqqətə, ünvanına səslənən xoş sözlərə və arzulara görə təşəkkür edib, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

Təqdimat mərasimində tanınmış qələm sahiblərindən Kənan Hacı, Qəşəm Nəcəfzadə, Ayaz Arabaçı, Sayman Aruz həmçinin gənc müəllifin yaradıcılığının və müasir Azərbaycan ədəbiyyatının pərəstişkarları, gənc yazarlar, eləcə də Emin Pirinin ailə üzvləri də iştirak ediblər.

Tədbir müəllifin son dövrlərdə yazdığı şeirlərinin yer aldığı "Tanrının kölgəsi" kitabının imzalanması mərasimi ilə yekunlaşıb.

Şərhlər