Məşhur Tuvalı müğənni Gendos beyin qanamasından dünyasını dəyişib - VİDEO

19.06.2015 21:14     Artreaksiya     2644

 

Tuva türklərinin məşhur musiqiçisi, müğənni, şair Gendos cümə günü axşam saatlarında dünyasını dəyişib.

Gennadi Çamzirin(Gendos) "Biosintezi", "Ayan", "Tuva" kimi Tuva qrupların solisti olub, Musiqiçi müasir sənətlə Tuva türklərinin ənənəvi musiqisini birləşdirmişdi. Tuvanın xalq artisti, məşhur caz müğənnisi Sofiya Karaool Duluş Gendosun yüksək qan təzyiqi ilə həkimə müraciət etdiyini, elə xəstəxananın girişində beyninə qan sızdığını bildirib.

Xatırladaq ki, Gendos Şui Bai-Taiga kəndində 19 dekabr 1965 – ci il tarixində anadan olmuşdu. Məkanı Uçmaq olsun! 

Şərhlər

Çox oxunanlar