Kitab təqdimatı

21.06.2015 01:25     Artreaksiya     1536

Bakının Səbael rayonundakı 6 nömrəli məktəb-liseydə 230 nömrəli tam orta məktəbin direktoru Elşən Qafarov və həmin məktəbin direktor müavini Ləman Babayevanın birgə hazırladıqları “Həmkara dəstək” metodiki vəsaitinin təqdimat mərasimi keçirilib. Azərbaycanın dövlət himni səsləndikdən sonra Azərbaycan Təhsil Şurası tərəfindən təşkil olunan təqdimatı Şuranın sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev tədbiri açıq elan edib. Sonra çıxış edərək təhsildə aparılan islahatlara və yenilliklərə diqqət çəkib. Baku 2015 də medallar qazanmış idmançılarımızı təbrik edib. İdmanda əldə edilən nailiyyətlərdə Prezident İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğıdan söz açıb. “Həmkara dəstək” vəsaitinin müəllimlərinin peşəkarlığının artmasında mstəsna rol oynadığını qeyd edib. Əjdər müəllim bəzi mətbuat orqanlarında təhsillə bağlı xoşa gəlinməyən yazıların yazılmasına münasibət bildirib. 230 saylı məktəbin kollektivinin təşəbüsünü ictmai təşəbüs kimi qiymətləndirib. Bildirib ki, belə təşəbbüslərə Təhsil Şürasının elmi metodiki mərkəzinin qapıları açıqdır. İstənilən yaradıcı kollektiv bizə müraciət edə bilərlər. Eyni zamanda, təqdimat mərasimində Azərbaycan Təhsil Şurası idarə heyətinin üzvləri, Təhsil Nazirliyin və Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin əməkdaşları, təhsil sahəsi üzrə ekspertlər Şahlar Əsgərov, Etibar Əliyev və məktəb rəhbərləri, müəllimlər iştirak ediblər. Tədbirdə çıxış edən təhsil işciləri “Həmkara dəstək” metodiki vəsaitinin müəllimləri stolüstü kitabı kimi əhəmiyyətli tərəfindən söz açıblar. Kitabın təribçilərinə uğurlar arzulayıblar. Sonda Həmkara dəstəyin tərtibçisi Elşən Qafarov çıxış edib. Tədbirdə iştirak edənləri salamlayıb. Bildirib ki, müəllim həmkarlarının bu sahədə ehtiyacını nəzərə alaraq bilə bir vəsaitin hazırlanmasını vacib bilinib. Həmkara sətək vəsatinin müəllimlərin sınaq qiymətləndirmələrində, müllimlərin qəbul imtahanında, yeni təlim metodlarındakı rolundan bəhs edib. Həmkarlarını yaradıcı fəaliyyətə səsləyib. Direktor həmkarlarına məktəbdaxili təlimlər keçirməyi tövsiyyə edib.

P.S. Qeyd edək ki, “Həmkara dəstək” kitabı müəllimlərin sınaq qiymətləndirilməsinə hazırlıqla bağlı 750 testi, Kurikulum nəzəriyyəsinin sadə dillə izahını özündə birləşdirir. Vəsait 230 nömrəli tam orta məktəbdə həyata keçirilən məktəbdaxili təlimlər layihəsinin nəticəsi olaraq ərsəyə gətirilib. Məlumdur ki, müəllimin müasir dövrün irəli sürdüyü təlim-tərbiyə prinsiplərinin metodoji əsaslarına yiyələnməsi mühüm əhəmiyyət kəsb edir. Müəllimin həmin əsaslara yiyələnməsi, yenilikləri öyrənməsi, bununla da pedaqoji prosesi dövrün tələbləri səviyyəsində təşkil etməsi yalnız özünün fəaliyyəti ilə bağlı olan bir məsələ deyildir. Bu iş elmi-pedaqoji dairlərdə sistemli şəkildə aparılmalı, fundamental elmi tədqiqat işlərinin nəticəsi kimi meydana çıxmalı, praktik müəllimlərin özlərinin bu işdə metodiki təcrübəsi nəzərə alınmalı, nəhayətdə müəllimin masası üzərinə dövrün təlim-tərbiyə prinsiplərini özündə cəmləşdirən vəsait gəlib çıxmalıdır. “Həmkara dəstək” metodik vəsaiti müəllimlər üçün praktik əhəmiyətliliyi ilə yanaşı, elmi dəyəri ilə də diqqəti cəlb edir. Vəsaitin üstünlüyü ondan ibarətdir ki, sadə, anlaşıqlı dillə yazılmaqla, oxumağa həvəs, stimul yaradır. Uzun-uzadı cümlələr, çətin elmi fikirər, təhlillər bu vəsaitin məzmununa yaddır. İrəli sürülən məsələlər, fundamental elmi dəyəri olan problemlər sadə dildə izah olunmaqla, oxucunun ixtiyarına verilir. Tərtibçilər vəsaitdə kurikulum anlayışını, kurikulum islahatını zəruri edən səbəbləri, təhsil islahatlarının mərhələlərini, təhsil islahatları ilə bağlı dövlət sənədlərini, fənn kurikulumlarının səciyyəvi cəhətlərini, kurikulum və ənənəvi tədris proqramı, məzmun standartlarının quruluşu və müəllimlərə gərəkli olan digər mühüm məsələləri şərh etməklə, əslində həm elmi, həm də təcrübi mahiyyətli bir iş meydana gətirə bilmişlər. Fəal təlimin formaları, üsulları, üstünlükləri, onun əsas mexanizmləri barəsində irəli sürülən fikirlər, göstərilən metodiki qaydalar, eləcə də fəal təlimin ənənəvi təlimlə müqayisəli təqdimatı vəsaitin praktik mahiyyətini artırır. Bu həm də onu deməyə əsas verir ki, tərtibçilər vəsaiti hazırlayarkən ənənəvi təlimin mahiyyətindən yan keçməmiş, onun müasir bazanın yaranmasındakı rolunu nəzərə almışlar. Vəsait Təhsil Şurası İdarə Heyətinin və Şuranın Elmi-Metodiki Mərkəzinin qərarı ilə çap olunub. Onun hazırlanmasında pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin, psixologiya elmləri doktoru Əbdül Əlizadənin, pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasovun və digər müəlliflərin müxtəlif illərdə yazdıqları əsərlərdən, elmi-tədqiqat işlərinin nəticələrindən yaradıcılıqla istifadə olunmuşdur. Bu da öz növbəsində vəsaitin həm elmi, həm də praktik mahiyyətini artırır. Qeyd edək ki, kitabın rus dilində olan variantı da oxucuların istifadəsinə verilmişdir. Təqdim mərasimində təhsil mütəxəssislərinin də vəsait haqqında fikirləri dinləniləcək. Təqdimat mərasimindən sonra vəsaitin satış-sərgisi təşkil olunub.

Şərhlər