Musiqiçilərimiz beynəlxalq festivalda mükafat qazanıb
14.11.2015 00:57 Artreaksiya 2085
Macarıstanda “Renessans Gizil Payiz bəynəlxalg musiqi və Incəsənət festivali” keçirilib.
Azərbaycanın Macarıstandakı səfirliyindən verilən məlumata görə, Azərbaycanı festivalda Dövlət Mədəniyyət İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin instrumental ifaçılıq kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyevanın rəhbərlik etdiyi qrup təmsil edib. Balatonfüred şəhərində keçirilmiş festivalda 10-dan artıq ölkənin - İsrail, Rusiya, Avstriya, Ukrayna, Macarıstan, Belarus və s. nümayəndələri iştirak edib.
Ümumilikdə 80 nəfərdən çox musiqiçinin qatıldığı festivalda bəstəkarlar, pianoçular və instrumental ifaçılar arasında müsabiqə keçirilib. Azərbaycanı təmsil edən Maqsudova Qəmərtac - Gran Pri mükafatına layiq görülüb, Məmmədzadə Əsmər və Kərimova Könül fortepianoda 1-ci, Cəfərov Babək, Ağasıyeva Şahidə, Qasımlı Nərmin, Səmədli Jalə, Hacıyev Emil və Mansurova Humay isə fortepianoda 2-ci və 3-cü yerləri tutublar.
Şərhlər