Bakıdakı tablo Ginnesə düşə bilər
23.06.2015 16:12 Artreaksiya 2714
Təşkilatçılar Avropa Oyunlarına həsr edilən tablonu 15 min adamın ziyarət etdiyini deyib.
Bakı-2015 İlk Avropa Oyunlarına həsr edilmiş, çəkisi 200 kiloqram olan dünyada ən böyük şokolad tablosu böyük marağa səbəb olub. 215 kq-lıq tablonu bu günə kimi 15 min insan ziyarət edib.
"Reaksiya.az" ANS PRESS-ə istinadən məlumat verir ki, bu barədə TASS-a şokolad sərgisini təşkilatçısı Andrey Leyn deyib. Şokolad tablo yerli şirniyyatsevənlərin diqqət mərkəzindədir. Çoxu bu şokaladı dadmağa çalışır.
Xatırladaq ki, tablonun təqdimat mayın 15-də Mədəniyyət və Turizm Nazirliyinin və Muzey Mərkəzinin təşkilatçılığı ilə Bakıda baş tutub. Təqdimat Nikolay Popovun “Nikolya” şokolad muzeyi” sərgisində baş tutub.
Bu dünyanın ən böyük şokolad tablosudur. Təşkilatçılar tablonun Ginnesin Rekorlar kitabına müraciət ediblər.
"Əgər siz əsas problemin uşaqlar olduğunu düşünürsünüzsə, yanılırsınız. Əslində bu eksponatı böyüklərdən daha çox qorunmaq lazımdır. Böyüklər xəbərdarlıqları dinləmirlər. Bizdə belə təcrübə çox olub - bizim eksponantları dişləmək, dadına baxmaq istəyiblər. Ona görə, demək olar ki, hər şeyi şüşə arxasında gizlədirik".
Şərhlər