Afaq Gəncəli oğlundan yazdı - "Mən yerdə yalnızam, sən göydə yalnız"
23.11.2015 13:43 Artreaksiya 2765
Bu yaxınlarda övladını itirən aparıcı Afaq Gəncəli "İnstaqram" sosial şəbəkəsində oğlunu yad edərək paylaşım edib.
Reaksiya.az Axşam.az-a istinadən xəbər verir ki, o, müğənni Röyanın sözləri İlqar Fəhmiyə aid olan "Göyərçin" mahnısından bir hissə paylaşıb:
"Mən yerdə yalnızam, sən göydə yalnız. Suallarım niyə qaldı cavabsız? Mənim ki ümidim sənə idi yalnız, Quruyubmu ağzında dil, Göyərçin...".
Qeyd edək ki, A.Gəncəlinin oğlu Qədirxan bir neçə gün əvvəl ağır xəstəlik səbəbindən dünyasını dəyişib.
Şərhlər