Gənclər İçərişəhərdə kitab oxumağa dəvət olunur

23.06.2015 19:40     Artreaksiya     2375

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni Mərkəzi tərəfindən İçərişəhərdə yerləşən, orta əsrlərdə tikilmiş Dördbucaqlı qalada ("İncəsənət qalası") elmi kitabxana təşkil olunub.

Kitabxana Azərbaycan tarixinin tədqiqata ehtiyacı olan sahələri, o cümlədən Bakı, İçərişəhər, Abşeron, Qobustan, Qala kəndinin tarixi, mədəniyyəti və memarlığı ilə bağlı 700-ə yaxın aidiyyatı kitabdan ibarət əhəmiyyətli materiallarla zəngindir. Elmi araşdırma ilə məşğul olan hər bir tədqiqatçının faydalana biləcəyi kitabxanada XIX əsrin ortalarında Moskvada, Sankt-Peterburqda çap olunan Qafqaz, Azərbaycan, o cümlədən Bakı və onun tarixi, iqdisadi-siyasi, sosial-ictimai həyatı ilə bağlı qiymətli məlumatların, elmi-tarixi faktların əksini tapdığı Azərbaycan, rus, ingilis, alman və ərəb dilində olan kitablar saxlanılır. Kitabxanada elmi araşdırma aparmaq üçün olduqca rahat və sakit şərait yaradılıb, müasir texniki avadanlıqlarla təchiz olunub “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "İncəsənət Qalası"nda yerləşən və şəhər sakinlərinin ixtiyarına verilən kitabxanadan faydalanmağa dəvət edir.

Şərhlər