Xalq artistinin səhhəti pisləşib
27.11.2015 03:21 Artreaksiya 1943
Xalq artisti Yalçın Rzazadənin səhhəti pisləşib.
Reaksiya.az-ın qafqazinfo.az-a istinadən məlumatına görə, bu barədə xalq artisti özü məlumat verib. O bildirib ki, qəflətən ürəyində ağrılar hiss edib:
"Ürəyimdə narahatlıq hiss elədim, həkim çağırdım, müayinə elədilər, sistem qoşdular. Hələ yenə gələcəklər. Bu gün çəkilişim var idi, səhhətimə görə gedə bilmədim”.
Qeyd edək ki, Y.Rzazadənin bir müddət öncə də vəziyyəti pisləşmişdi. Həmin zaman isə xalq artisti səhhəti barədə bu sözləri demişdi:
“Türkiyədə müalicə olunmaq çox yaxşı effekt verir, amma Türkiyəyə getmək üçün hazırlıqlı olmalısan. Mənim də elə bir hazırlığım yoxdur. Odur ki, taleyimlə barışmalıyam”.
Şərhlər