Ermənilər də qəbul edir: "Soyqırım" təbliğatdır!...

27.05.2015 17:26     Bizim reaksiya     1645

Kafkassam SAM – ın assistenti, Yaponiyalı siyasət araşdırmaçısı ekslyuziv olaraq reaksiya.az üçün

 

Bu il, 1915 – ci ildə reallaşan "Erməni köçürülməsi", ermənilərə görə isə "Erməni soyqırımı" nın 100-cü ildönümüdür və bu ildönümü üçün Ermənistan və xaricdəki erməni diasporu öz kimliyini bu hadisəyə əsaslanaraq gücləndirməkdə və Türkiyəyə qarşı təbliğat maşınını işə salmaqdadırlar.

Bu hazırlıqlar sürətlə davam edərkən 2014-cü ilin dekabr ayında İrəvandakı "Erməni soyqırımı" muzeyinin müdiri Hayk Demoyan, Ermənistan ermənilərinin və erməni diasporasının Türkiyədəki hər hansı bir təşkilat və qurumla əməkdaşlıq etməməli olduğunu açıq bir dillə, hətta təhdidvari bir dillə qeyd edib. Demoyanın bu ifadəsi, "Erməni məsələsi" ilə bağlı ermənilərin iddialarının əsas məqamlarından daha çox təbliğatı ehtiva etdiyini və bu iddia ilə bağlı meydana gələn erməni milli kimliyinin qarışıqlıq içində olduğunu göstərir. 24 Aprel 2015-ci il tarixində hər hansı bir erməninin Türklər ilə bir mühitdə olub Erməni təbliğatının təsirini azaldacaq fikirlər söyləməməsi xüsusilə tapşırılıb.

Osmanlı zamanında, xüsusilə, XIX əsrdən əvvəl "erməni" termini, Qriqoryan (Apostol) kilsəsinə mənsub olan hər hansı bir insanı təqdim edərkən istifadə olunurdu və bu qavram əslində müxtəlif etnik mənşəli mədəniyyətlərə və tarixlərə sahib olan qrupları özündə ehtiva edirdi. Dil məsələsində də erməni dili ancaq ermənilər arasında istifadə olunan bir dildir, ermənilər başqa millətlərlə ünsiyyət qurarkən ortaq dil kimi türk, fars, ərəb, gürcü və rus dillərdən istifadə ediblər. Erməni dilinin özü də ermənilərin yaşadıqları bölgələrə görə fərqli dillərin təsiri altında qaldığından regiondan regiona dəyişir. Beləcə bir-birindən fərqli mədəni-ictimai strukturlara sahib olan "erməni"ləri bir araya gətirən tək xüsusiyyət Qriqoryan (Apostol) xristianlığıdır. Kilsə ətrafında təşkilatlanan ermənilər bir millət kimi formalaşmaqdan daha çox bir topluluq kimi özlərini nümayiş etdiriblər.

Lakin XVIII əsrin sonlarında meydana gələn fransız inqilabdan sonra dünyada yayılmağa başlayan dünyəvi "etnik-milli" kimlik Osmanlı İmperatorluğundakı xalqlara da öz təsirini göstərdi. Ayrıca XIX. əsrdən etibarən Osmanlı İmperatorluğu içindəki missioner fəaliyyətlərinin böyük vüsət almasından sonra protestant və katolik məzhəbli ermənilərin sayı da xeyli artdı. Beləcə, məzhəb baxımından da erməni olmayan "ermənilər" meydana gəldi. Ayrıca XX əsrin ilk onilliyində meydana gələn erməni köçlərindən sonra xaricdə yaşamağa başlayan ermənilər, yaşadıqları yerin mədəniyyətinin təsiri altında qaldılar, bəziləri isə hətta asimilasiyaya belə məruz qaldılar. Müasir dünyada kimlik üzərindəki dinin təsirinin xeyli azaldığını nəzərə alsaq, fərqli sosial-mədəni formasiyalara sahib erməniləri vahid bir etnik-milli kimlik altında birləşdirmək bu topluluq üçün çox böyük önəmə sahibdir.

Diaspordakı ermənilər; özlərini asimilasiyadan xilas etmək və tək bir kimlik ətrafında toplamaq məqsədi ilə 1915 – ci il hadisələrini ermənilərə uyğulanan sürgün siyasətini "etnik təmizləmə" və "soyqırım" kimi özlərindən sonrakı nəsillərə nəql etdilər. Bir də ermənilər son hədəflərinin "vəhşi və mərhəmətsiz" Türklərdən intiqam almaq və "Ana vətəni" olan Şərq Anadolu və Qarabağ kimi yerləri "şeytan" Türklərdən təmizləmək olduğunu hər zaman öz övladlarına təlqin etdilər ki, bu fikirlər də nəticədə "erməni soyqırımı" iddiasını və bunun davamı sayıla biləcək Türk düşmənliyini yaratdı. Bu iddialar və düşmənlik artıq etnik-milli erməni kimliyinin əsas atributu halına gəlib. Cəmiyyət quruluşunun dağılmasından sonra meydana gələn kimlik böhranını ermənilər məhz bu formada həddindən artıq romantik və ideoloji yükləmə ilə aradan qaldırmağa çalışdılar.

Sovet İttifaqı da Soyuq müharibə dövründən etibarən Türkiyəyə qarşı erməniləri təşviq edib. SSRİ İkinci Dünya müharibəsindən sonra "Ana Vətənə qayıdış" kampaniyasında erməni məsələsindən və ermənilərin Türk düşmənliyindən xeyli istifadə etdi. Xüsusilə Xruşov zamanından etibarən SSRİ xaricdəki erməni diasporası ilə əlaqələri gücləndirdi və bu prosesdə "erməni soyqırımı" təbliğatı ifadəsi böyük rol oynadı. Bunun ən gözəl nümunəsi 1965-ci ildə İrəvanda "Soyqırım Abidəsi və Muzeyi"nin açılmasıdır və diaspora erməniləri ilə Ermənistan ermənilərini bağlayan tək ünsür də elə "erməni soyqırımı" təbliğat maşını olmuşdur.

1992-ci ildə Ermənistan müstəqilliyini əldə edəndən sonra, xüsusilə Robert Köçəryan zamanından etibarən Ermənistan hökuməti hökumətin varlığını təmin etmək və dünyadakı bütün ermənilərin həmrəyliyini gücləndirmək məqsədi ilə “erməni soyqırımı” təbliğatının əhəmiyyətini daha da artırıb. Məsələn, Ermənistanın konstitusiyasında "Qərbi Ermənistan"ı geri qaytarmaq və soyqırımı təzminatını almaqla bağlı cümlələr qeyd olunub. Ayrıca, həm Köçəryan, həm də Sarkisyan rəsmi açıqlamalarında hər zaman "Erməni soyqırımı"nın dünya tərəfindən qanuni baxımdan tanınması, soyqırım təzminatının verilməsi və "Qərbi Ermənistan" kimi təqdim etdikləri Şərqi və Cənubi Şərqi Anadolunın geri qaytarmağn əhəmiyyətini vurğulayıblar. Ayrıca məktəblərdəki dərslər, media və akademik təşkilatlar da "erməni soyqırımı" təbliğatına və Türk düşmənliyinə söykənən milliyyətçiliyi yüksəltməyə yönəldilib. Qarabağ münaqişəsi də Ermənistanda "soyqırım" təbliğatı və Türk nifrətinə söykənən "Erməni mübarizəsi" doktrinası kontekstində müzakirə olunur. Beləcə erməni kimliyinin içində "Soyqırım" təbliğatı və Türk düşmənliyi ön plana çıxmış və Ermənistanın bir milli dövlət kimi hökuməti və erməniləri birləşdirən dünyəvi etnik-milli erməni kimliyi "erməni soyqırımı" təbliğatına söykənən qüsurlu, travmalı bir kimliyə və qanunlara çevrilib.

İdeoloji infrastruktur bu şəkildə yaradılarkən son zamanlarda getdikcə pisləşən Ermənistanın sosial-iqtisadi vəziyyətinin qarşısında Ermənistandakı ermənilər arasında "Erməni mübarizəsinin" yeri öz aktuallığını itirməyə başlayıb. Xüsusilə, adi insanlar arasında çox böyük maddi problemlər yaşanmaqdadır və onlar üçün qarınlarını doyurmaq "erməni mübarizəsi"ndən daha əhəmiyyətli hala gəlməyə başladı. Hal-hazırda iqtisadi çətinliklər ucbatından Türkiyə və Rusiyaya işləməyə gedən ermənilərin sayısı durmadan artır və bu hal "Soyqırım" təbliğatının Ermənistan erməniləri arasında əhəmiyyətinin itirdiyinin bariz göstəricisidir. Ermənistan rəhbərliyi təbliğata əsaslanan milli kimlik və hökm sürən bu vəziyyət qarşısında böhran yaşadığının fərqində olduğundan Hayk Demoyan 2015-ci ildə məğlubiyyətə düçar olmamaq üçün Türkiyədəkilərlə əməkdaşlığı rədd edir. Çünki Türkiyə ilə əməkdaşlıq edəndə ermənilərin təbliğatını yalan olduğunu sübut edəcək bir çox dəlillər ortaya çıxacaq və belə olan təqdirdə təbliğata əsaslanan erməni milli kimliyi çökəcək.

Nəticə olaraq İrəvandakı "Erməni soyqırımı" muzeyinin müdirinin səsləndirdiyi fikirlər "Erməni soyqırımı" iddiasının böyük bir hissəsinin təbliğat maşını tərəfindın yaradıldığını və bu təbliğata əsaslanan Erməni milli kimliyinin olduqca yavan olduğunu göstərir. Yəni, "Erməni soyqırımı" iddiasının əksəriyyətinin təbliğatdan ibarət olduğunu və erməni kimliyinin olduqca zəif olduğunu hətta ermənilər belə qəbul edirlər. 2015 – ci ilin aprel ayından sonra isə erməni kimliyinin formalaşdırılması layihəsinin iflas edəcəyini görmək və ona görə bir çarə axtarmaq, erməniləri Erməni despotizmindən xilas etmək lazım gələcək.

Şərhlər