Qadına bədənini yox beynini satmağı öyrədək! - SOS

30.05.2015 17:53     Bizim reaksiya     2451

 

Mehriban ZEYNALOVA

"Təmiz Dünya" Qadınlara YArdım İB - nin sədri,

"REQ" - in rəhbəri

Müxtəlif mövzular var ki, bu mövzulardan danışmaq yox susmaq məsləhət görülür.  Bunlardan biri də fahişəliklə bağlıdır. 

Fahişəliyin tarixindən yazan çox olub. Hətta Azərbaycan jurnalitsləri ara-sıra qədim tarixi mənbələrə  belə istinad edib. Fahişəliyə mütəxlif adlar veriblər: sosial bəla, əsrin vəbası, şər və s.

Fahişəliyə sosial bəla kimi baxanlar onu daha çox iqtisadi amillə bağlayır və işsizlik, kasıbçılıq kimi amilləri daha çox qabardır.  Bu yanaşmada müəyyən mənada fahişəliyə bəraət verənlər də olur. Yəni, qadın kasıb olduğu üçün əlacsızlıqdan bu peşəni seçməli olub.

Fahişəliyə vəba kimi baxanlar - bu kateqoriya insanları məhv  və  yox etməyi təklif edir.

Fahişəliyə şər qüvvə kimi baxanlar isə ümumən qadına münasibətdə mənfi yanaşmanı sərigələyir.

 Fahişəlik (latın sözü olub - prostituo-dan - biabır edirəm, ləkələyirəm) –dən götürülüb. Anlamı, nikahdan kənar, təsadüfü seksual münasibətlərdə olma, pullu ödəniş əsasında, səxsi simpatiya və meyl olmadan  intim əlaqəyə girməkdir. Tipik əlaməti, müxətlif pratnyorlarla ( müştərilərlə) ödəniş haqqında ilkin razılıq əsasında baş verir. Əsasən tək gəlir mənbəyi bu peşə sahəsində əldə edilir.

Bu yazımda, problemə sosial problem deyil,  daha çox psixoloji problem ynaşması ilə diqqətinizi məsələyə yönəltmək istəyirəm. Biz bütün məsələlərə yalnız iqtisadi amil prizmasından yanaşdığımızdan bəsən onun köklü həllinə nail olmaqda çətinlik  çəkirik.

Məsələyə iqtisadi amil aspektindən yanaşsaq, ilk növbədə qeyd etməliyik ki, fahişəliklə məşğul olanlar yalnız kasıb deyil, varlı qadınlar da bunu  peşə seçir. İkinci tərəfdən, minlərlə qadınlar var ki, aclıq keçirir, lakin fahişəliyi peşə seçməyi ağıllarına belə gətirmir. Demək, fahişəlik təkcə iqtisadi problem deyil, o həm də psixoloji problemdir.

Şəxsin həyati problemlərinin həllində cinayətkar və ya fahişə olmaq seçimi, onun şəxsiyyətindən, şəxsi keyfiyyətlərindən, o cümlədən dəyərlər sistemindən asılıdır. Biz həyatda minlərlər qadın tanıyırıq ki, o sevmədyi şəxsin adicə ona toxunuşuna belə icazə verməz, nəinki satılmağa. Əgər belə olmasayd yüksək dəyərlər hesab etdiyimiz- ailə, sevgi, borc, etibarlılıq, sadiqlik kimi hisslər yox olub gedərdi.

Eləcə də bir sıra insanlar var ki, onlar ağır zəhmət hesabına öz ailələrini saxlayır amma cinyət yolu ilə qazanc əldə etməyi ağıllarına gətirmir. Demək məsələ heç də iqtisadi amillə məhdudlaşmır.

Diqqət etmisinizmi fahişələrə “ nə üçün bu  yolu seçcdin” sualına tam oxşar cavablar alınır. Eyni tarixçələrin təkrarlığı isə problemə fərqli yanaşmanın ortaya qoyulmasını tələb edir. Çünki bir səbəb bu qədər kütləvi ola bilməz.

15  il əvvəl, bir nəfər qadınla danışdım. O ilk dəfə müştəri ilə görüşünü belə təsvir etdi. “müştəri ilə görüşdən sonra hamama girdim..... səhərə qədər bədənimi yusam da özümü dəhşətli şəkildə murdar hesab edirdim. Bu gün də o hiss məni tərk etmir”. Həmin qadın bir daha pul üçün müşətiriyə çıxmadığını dedi.

Bu gün fahişəliklə məşğul olan qadınlarda bu hiss varmı?

Uzun müddət apardığım müşahidələrə əsasən deyə bilərəm ki bizim ölkədə  fahişəlyik iki dövrə bölünür:

·        keçid dövürü və müharibənin fəasadlarından irəli gələn dövr;

·        Fahişəliyin dəyərlər sistemində normaya çevrildiyi dövr.

Birinci dövrdən qısa bir məqama toxunub, ikinci dövrə nəzər salmağın vaxtı çatdığını düşünürəm. Birinci dövr qeyd etdiyim kimi, müharibə, aclıq səfalət, isizlik, kütləvi miqrasiya dövrü idi. Bu dövrdə yaşamaq üçün  mübarizə aparan qadınlar fahişəliy peşə  seçməli olurdu.

İkinci dövrdə isə, vəziyyət tam başqadır. Bu gün əksəriyyət hec də övldaları uğrunda fahişəliyi peşə seçmir. Gündəlik eyş- işrət, maşın, ev, yaxşı geyim üçün fahişəliyi peşə seçənlər daha çoxdur. Bu faktdır.

Səbəb nədir? Geyim və maşınla özünü təsdiqləmə, yoxsa bunun arxasında gizlənərək özünü reallaşdırma? Bu qarşı cinsə tərəf etiraz yaxud qisasdırmı?

O alda sual olunur niyə fahişəlik?

Psixoloji sorğuların nəticəsi göstərir ki,  fahişəliklər məşğul olan şəxslərin xarakterinde aqrresivlik, kobudluq, eqozim, bayagılıq, öz sosial statusuua maddi meyarlarla ölçmə müşahidə edilir. Belə insanlarda deperssivlik, özünü qiymətləndirmə hissinin aşağı olması, keyfiyyəysizlik, əhəmiyyətsizlik, asılılıq kimi xarakterik xüsusiyyətlər üstünlük təşkil edir. Özünə qeyri-eminlik hissi onlarda aqresiyanı gücləndirir ki, bunun da kökündə özünümüdafiə dayanır. Təmteraqlı həyata düşməsinə baxmayaraq, həyata özünü təsdiq edə bilməyən bu qadınlar ciddi asılılıq məngənəsi  düşməsi əslində onlar üşün dəhşətli faciədir. Bu faciədən qacmaq üçün isə, bütün qadagaları aşmağa hazırdırlar. Onlar daha tez  və daha çox əldə etməyə üstünlük verir.  Fahişələrin psixoloji portretine diqqət yetirsək görərik ki, İfrat dərəcədə sərbəstlik təsiri yaradan bu insanlar ətraf  faktorlardan olduqca asılıdır. Bu əsasən onların ilkin intim həyatı ilə də bağlı ola bilir. Bayağılıq, söyüş söymək, yerli yersiz hərkətlər, qarşısındakının düşüncəsinə hörmətsizlik kimi xarakterik  xüsusiyyətlər fahişələrin portretində əsas yer tutur. Bu da özünü təsdiq üçün edilən qeyri-şuru psixoloji addımdır.

Qayıdaq ilkin intim həyata. Qadına qarşı kobud davranış, diqqətsizlik, kobudluq, biganəlik nümayiş etdirən kişi bu davranışı ilə qadının daxilində mövcud olan sevgi, qaygı, sadqilik, etibarlılıq kimi hissləri məhv edir, onun yerini qisas hissi əvəzləyir.  Qisas isə, özünü üstünlüyü və əvəzsizliyi ilə öyünən kişinin başqası ilə əvəz edilməsidir. Bu tip qadınlar əzilmişlərdir. Hissləri və sevgisi daşa dəyənlərdir.

F. deyir ki, nə vaxtsa mənim bu peşə ilə məğul olacağımı desəydilər ağlıma belə gəlməzdi. Həyat yoldaşım, işləmirdi. Ev yiğışdırır ailəni saxlayırdım. O isə bütün günü yatır, evlə maraqlanmırdı. İşdən evə gələndə bazarlığın daşınmasına belə yardım etmirdi. Bir gün qonşuda bir qız bizə gəlib getməyə başladı. Sözün düzü şübhələnmədim. Çünki, çox gənc idi. Gəlib saatlarla oturar söhbətləşərdi. Mən mətbəxdə olanda isə yoldaşımin yanında oturur onunla nə barədəsə danışırdı. Heç fikir vermirdim. Bir gün işdən gələndə evdə qəribə səslər eşitdim. İçəri girəndə gözümə inanmadım.. Mənim ərim və qonşu qız. Qız mənə dedi ki o mənimlə evlənəcək. Həmin gün evi tərk etdim. Onun acığına qarşıma çıxan bütün kişilərlər görüşdüm. Hər gün..

Digər tip qadınlar da var ki, onlar artıq az yaşından fahişəliyi peşə seçəçəyi barədə qərar qəbul edəndir. Onlar TV-də, internetdə, qezetdə, dostlarının danışdığı sohbətdə, seksin verdiyi qeyri adi hissin nağılları ilə böyüyənlərdir. Onlar başqa nağıl eşitməyib. Çünki, ətrafında olanların həmin nağıllardan xəbəri yoxdur. Onlar məqsəldərinə çatmaq üçün kiçik yaşlarından bütün detalları işləyib hazırlamış olurlar. Bu məqsəd isə, dediyim kimi, gözəl şəhərlər, geyim, maşın, ev və s olur. Qadın, bədəninin ona cox gəlir gətiə biləcəyini düşündüyü andan fahişəyə çevrilir. Hər dəfə bədnini daha baha satmaq istəyi onun həyatda özünü təsdiqi ilə müşayiət olunur.

R. sığınacağa daxil olanda  16 yaşı var idi. Anası onu yola vermirdi. TV-lərin birinə gedib çıxan R.- anasının ona qarşı etdiyi zorakılıqdan şikayətlənmişdi. TV-öz tərəfindən hadisəni çəkərək efirdə göstərmişdi. R. TV tərəfindən, sığınacağa istiqamətləndirilmişdi. Sığınacaqda qaldığı müddətdə R. Anası ilə söhbət aparıldı. Ana R.-nın qeyri-əxlaqi davranışa mailk olduğunu və heç cür yanaşma onun davranışının dəyişmədiyini bildirdi. Baxmayaraq  R. sığınacaqda qaldığı müddətdə mütəxəssislər  tərəfindən yardım almışdı, lakin heç cür davranış dəyişikliyinə adaptasiya olmurdu. Nəhayət sığınacaq işçiləri onu ailəsi ilə barışdırmağa nail olub, evinə qaytardı. Bir müddətdən sonra ana zəng vurdu ki, R. gecələr evə gəlmir. Daha sonra, onun bir kafede fahişə işələdiyini öyrəndik. Yardım təklif edilsə də imtina etdi. Böyük bacısı ilə bu peşəni əvvəldən planlaşdırıdığını dedi. Fahişəliyin gəncləşməsi, qız uşaqlarının fahişəliyə norma kimi baxması, buna şurlu şəkildə hazır olması artıq bu davranışın kütləvi psixoloji hala keçməsinin göstəricisidir.

Yeri gəlmiş, bir məsləyə də toxunum... Siz hec seksin, narkotik asılılığı kimi asılılıq yaratdığını düşündünzmü? Bu qadınlar məhz narkotik istifadəçiləri kimi, seksdən asılılığa da düşür. Gündə çox müxtəlif və tanımadıqları insanlarla intim əlaqəyə girənlərin asılılıq içində yaşadığı barədə heç kim yazmır. Əminəm ki nə vaxtsa bioloqlar bu məsləni də müzakirəyə çıxsracaqlar. Bu da bir psixoloji və biolji haldır ki, problemin araşdırılmasında mühüm cəhət kimi diqqət mərkəzində saxlanılmalıdır.

L. nsan alveri qurbanı olmuşdu. Turkiyədə istismar edildiyi zaman, gündə 7-12 müştəriyə çıxarıldığını danışırıd. Geri qayıtdıqdan sona bütün yardım proqramlarına salınsa da fahişəlik etməkdən əl çəkmirdi.  Bir dəfə söhbət zamanı, seksdən asılılığını gizlətmədi. Bu söhbətdən sonra biz sorgu apararkən digərləri arasında söhbətlərdə əksəriyyətdə bu asılılığı aşkarladıq.

Əgər faişəliklə bağlı psixoloji aspektlərdə nəzər yetiririksə, fahşənin xidmətindən istifadə edən bəzi kişiləri unutmamalıyıq. Bu faktdir ki, bir çox kişilər fahişələrin xidmətindən pullu istifadədən çəkinmir əksinə bunu çox müsbət hal kimi qiymətləndirir. Amma  kişilər bir məsələni undur.  Yanız pul xatirinə heç bir hiss və meyl olmadan teklif edilən bədən ölü bədəndir. O halda, fahişənin bədənindən istifadə edən kişinin intim munasibəti  meyitlə cinsi əlaqəyə girmə ilə oxşardır.  Heç bir duygu, hiss və s olmayan qadınla  intim ehtiyaclarını odəyən kişinin hisslərində alicənablıq, duyguluq, etibarlılır da  mövcud olmur.  O fahişə ilə istediyi kimi davrandığından, fahişə də eynən ona qarşılıqlı cavab verir. Nəticədə fahişə xidmətdinən istifadə edən kişi - adi meyitlə etmək istediyini həyat keçirir. Demək, kişilərdə  nekrofilliyə meyillik üstünlük təşkil etməyə başlayıb.

Fahişəlik dağıdıcı quvvəyə malidirk. Fahişəliklə məşğul alan qadın yanız özünü deyil, bütün ətrafı məhv edir. O bütün dəyərlər sistemini, dağıdır, ali olan hissləri yoxa çıxarır.

Bu təkcə onların vasitəsi ilə deyil, onların övladları vasitəsilə davam edir. Gözünün qarşısında anasının alçalmasını görən oğul, sabah bu qisası yerdə qoymur. Çünki onun psixikası zədələnib. O bütün varlığı ilə, alçaldılan anası kimi başqalarının da alçalması üçün əlindən gələni edir. Halqa sıxıldıqca nəsilədn nəsilə ötürülür. Forma qalsa da məzmun çox təhlükəli vəziyyət yaradır. Məsələnin həlli isə çox sadədir.  Biz, məslənin həllini təqib, qorxu və həbslə yox, qadına qarşı şər qüvvə timsalında yox, onu məhv edən yox - onu ayağa qaldıran, kütləvi psixoza son qoyan,  qadının dəyər verildiyi bir cəmiyyətə keçidlə etməliyik. Qadına bədənini yox, beynini satmağı öyrətməyə start verməliyik! Bunun üçün isə qadına daha çox dəyər verib ona hörmət etməyi öyrənməliyik.  Hər gün gecikirik! Vaxt isə hamımızıdan gedir.

Şərhlər

Çox oxunanlar