Borçalı qədərini təyin edir
02.06.2015 17:50 Bizim reaksiya 2516
Hasan Oktay
Kafkassam başkanı
Türkiyənin Şərqə açılan 3 sərhəd keçid məntəqəsi var. Gürcüstandan sonra Ermənistan və İran bu sərhəd keçid məntəqələrindəndir. Ermənistan ilə diplomatik əlaqə olmadığından, İran ilə də bəzi problemlər yaşandığından, Türkiyənin tək etibarlı keçid məntəqəsi Gürcüstanla olan sərhəd keçid məntəqəsidir. Bu Azərbaycan üçün daha da nəzərə çarpacaq şəkildə qarşımıza çıxır. Belə ki, Naxçıvanın Azərbaycan ilə quru sərhədinin olmaması ünsiyyətin və nəqliyyatın İran üzərindən təmin edilməsi, İran ilə Azərbaycan arasında viza rejiminin davamlı problemə çevrilməsi Azərbaycanın bəzən Naxçıvan ilə əlaqəsində müəyyən çətinliklər yaradır. Azərbaycan ilə Türkiyə arasında viza məsələsi gündəmə gələndə Azərbaycan tərəfindən İran ilə yaşanan viza problemləri gündəmə gətirilərək viza keçid üçün uzatmalar da yaşanmaqdadır. Halbuki, Türkiyə ilə Gürcüstan arasında viza olmadığı kimi pasaportsuz keçidlər də mövcuddur.
Vəziyyət belədirsə, o zaman Türkiyənin şərqə tərəfdən Azərbaycana; Azərbaycanın da qərbə - Türkiyəyə açılan ən normal və təhlükəsiz yolu Gürcüstan sərhəd keçid məntəqəsindədir. Bu yolun məsələn uçqunlar ucbatından bağlandığı günlərdə sərhəddə kilometrlərlə TIR və yük maşını növbələrinin meydana gəlməsi müşahidə edilməkdədir. Bu gərginlik həm Azərbaycan və həm də Azərbaycan üzərindən Türkiyə ilə nəqliyyat təmin edən digər ölkələr təsirlənməkdədir. Vəziyyət belə olduğu təqdirdə alternativ keçid məntəqələri gündəmə gəlməkdədir.
Gürcüstan ilə Türkiyə arasında 2 sərhəd keçid məntəqəsi var: bunlar Sarp sərhəd keçid məntəqəsi ilə Batuma və Türkgözü sərhəd keçid məntəqəsi ilə də Axısqa bölgəsinə gedən keçid məntəqələridir. Bu iki sərhəd keçid məntəqəsinə daxil olduqdan sonra yollar Tiflisdə görüşür və oradan Borçalı üzərindən Azərbaycan ilə keçid məntəqəsi olan Qırmızıkörpü sərhəd keçid məntəqəsindən Azərbaycana keçid təmin olunur. Türkiyədən 2 sərhəd keçid məntəqəsi ilə keçid Azərbaycana dəmiryolu gömrüyünü saymasaq, quru yolu ilə bir qapıdan keçilir.
Borçalı haradır?
Gürcüstanın cənubunda yerləşən və Azərbaycana gedən yolun sağında və solunda qalan bölgə Borçalı adlanır. Tiflisin şərqindən başlayan Borçalı bölgəsi Rustavi, Qardabani, Bolinisi, Dmainisi, Marneuli Laqodexi, Tetri-Tskaro Zalka, Sakareço Telavi, Karel, Kaspi, Qori, Mtsxeta rayonlarından ibarət bir bölgədir. Bölgənin ən əhəmiyyətli xüsusiyyəti əhalisi haqqında dəqiq rəqəmlərin verilməyən xalqının Türk və müsəlman olmasıdır. Yəni bu bölgədə yaşayan 90% xalqın türk olmasıdır. Gürcüstan orqanlarının 250 min kimi göstərilən rəqəmlərin dəqiq olmadığı qeyd olunmaqdadır.
Təxmini rəqəmin isə 600 min civarında olduğu ehtimal olunur. Türkiyədən Gürcüstana baxdığımız zaman Gürcüstanda yaşayanların bəlkə də dövlətin adından olsa gərək hər kəsin gürcü olması ilə bağlı səhv bir fikir formalaşıb. Bu səhv fikir eyni ilə İran üçün də keçərlidir. Gürcüstanda türklərin xaricində axısqa Türkləri, ermənilər, ruslar, yunanlar, kürdlər Gürcülərin qollarından biri kimi qəbul edilən svanlar və dəyişik Qafqaz xalqları yaşamaqdadır.
Gürcüstanda yaşayan ermənilər ilə gürcülərin arasında tarixi və din problemlər var. Bu problemlər elə asan həll ediləcək problemlər olmadığı kimi bu iki qövm bir-birini xristianlıq inancından kənar sayılırlar. Kadıköy qurultayında qədər davam edən bu ayrılığın əsası ermənilərin İran, Gürcülərin isə Bizans tərəfini tutmalarına kimi dayanır. Buna görə də gürcülər ermənilər haqqında davamlı bir şübhə ilə hərəkət edir və onları etibarsız kimi qəbul edirlər. Ermənilərin yaşadığı coğrafiya Gürcüstanın cənubunda Ermənistan sərhədindədir.
Türkiyə ilə Azərbaycan quru yolunun üzərində yerləşən bu bölgəyə Cavaxetiya deyilir. Posof qapısından girib Axısqadan keçərək Cavaxetiya qət edərək Borçalıya və oradan da Bakıya keçilməkdədir. Ayrıca Sadaxlıdan da Ermənistana bir keçid gömrük qapısı vardır. Cavaxetiya bölgəsi ilə Batumi arası 50 km - lik bu məsafə Ermənistanı Qaradənizə açılma mövzusunda iştahlandırmaqdadır. Xüsusilə Gümrü sərhəd keçid məntəqəsinin yolu bəlkə də bu təhdiddən dolayı son dərəcə xarab və nəqliyyatın az qala dayanmasına səbəb ola biləcək şəkildə təmirə ehtiyac duyulmaqdadır.
Borçalıda yaşayanların əksəriyyəti Türkdür və Azərbaycan - Türkiyə keçid yolu üzərində yaşayan bu Türklərin təxmini sayı isə 600 min civarındadır.
Türkiyənin və Azərbaycanın Gürcüstan siyasəti ərazi bütövlüyü əsası üzərinə olduğundan Gürcüstanın Borçalı məsələsində narahatlıq keçirməsinə ehtiyac yoxdur. Çünki Abxaziya və Cənubi Osetiya məsələsində Gürcüstanın ərazi bütövlüyünü müdafiə edən Türkiyə və Azərbaycan Borçalı məsələsində hər hansı bir seperatizmin dəstəkçisi olmayacağını davamlı şəkildə dilə gətiriblər. Bu inam və yüksək səviyyəli təminata baxmayaraq, Gürcüstan bölgə ilə bağlı davamlı bir şübhə içindədir. Bu şübhə istər -istəməz bölgənin sabitliyinə, iqtisadiyyatına mənfi təsir edir. Gürcüstan təhlükəsizlik yanaşmalarında separatçı bölgə kimi təqdim etdiyi Abxaziya, Cənubi Osetiya, Acariya, Cavaxetiya ilə Borçalının bir tutması əslində Gürcüstan üçün içindən çıxılmaz bir səhvdir.
1990 – cı ildən etibarən başlayan qorxutma hərəkatı Borçalının əhalisinin əhəmiyyətli bir hissəsinin Azərbaycana köç etməsinə səbəb olmuşdu. Borçalı bölgəsində yaşayan Türklər illərdir yaşadıqları doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar, geridə qalanlar isə təzyiq altında yaşamağa davam edirlər. Bu prosesdə Azərbaycan Borçalı bölgəsində yaşayan xalqı öz soydaşı Azərbaycanlı kimi təqdim etməyə başlamışdır.
10 illik Saakaşvili dövrü Gürcüstanda yenilənmə dövrü kimi tarixə düşdü. Rüşvətin böyük ölçüdə aradan qaldırıldığı və demokratik seçkilərin keçirildiyi bir ölkə halına gələn Gürcüstanda Borçalı Türkləri bu proseslərdən kifayət qədər öz nəsiblərini ala bilməyiblər. Saakaşvili dövründə Gürcüstan daxili və xarici hadisələrdə qeydə dəyər irəliləmələr qeyd Borçalı türkləri mövzusunda qorxularla hərəkət edərək separatçı müşahidələri ön plana çıxaran qorxulardan nəsibini alıblar. Saakaşvili Gürcüstanının əsas problemi daxili problemləri siniflərə bölmədən hamısına ümumi bir prizmadan yanaşmasıdır. Abxaziya və Cənubi Osetiya müstəqilliklərini əldə edərkən Borçalı bölgəsinin də abxaz və osetin nümunələrindən hərəkətlə müstəqillik mübarizəsinə girişəcəyindən ehtiyatlanan Gürcüstan bu məsələdə aldanıb yoldan çıxmışdır. Borçalının tarixi dinamikası Abxaziya, Osetiya və Cavaxetiya problemləriylə qətiyyən uyğunluq təşkil etmir.
Yeni dövrdə Borçalı türkləri üzərlərində adı qoyulmamış separatçı damğasını siləcəklər və sistemə daxil olacaqlar. Seçki prosesi və Gürcüstanda yeni bir dövrün başlaması Azərbaycan ilə Türkiyə arasına sıxışan Borçalı türkləri üçün yeni bir dövrün başlanğıcı olacaq.
Türkiyənin Gürcüstan ilə əlaqələr kontekstində prioritetini Batum bölgəsinə verməsi Borçalının bakir bir sahəyə çevirmişdir. Hətta bölgədə Azərbaycanın çoxu zaman tək başına hərəkət etməsi Türkiyənin də Azərbaycana bu mənada dəstək olması bölgədə yaşayan Türklər üçün uzun müddətli bir şansa çevriləcək fürsətlər yaradacaq.
Borçalı nə Azərbaycanın Gürcüstana uzantısı deyil, nə də Türkiyənin köməyinə ehtiyac duymur, Borçalı öz ayaqları üzərində dayanaraq Gürcüstan sisteminə daxil ola biləcək bir dinamik yaxalamışdır. Burada Gürcüstan dövlətinə böyük məsuliyyət düşür. Əvvəlcə Borçalı Osetiya və ya Abxaziya deyil, Cavaxetiya isə heç deyil. Borçalı gənc çalışqan əhalisi ilə Gürcüstan sisteminin gələcək təminatıdır.
Şərhlər