Müşfiqin "Oxu tar"ı necə "EveRest" oldu?
06.06.2018 11:29 Bizim reaksiya 2887
Mikayıl Müşfiqin abidəsinin ətrafını yenidən kim satdı?
Bu gün ənənəmə sadiq qalıb, axşam işdən sonra gəzintiyə çıxmışdım. Bu dəfə yolumu İzmir parkına doğru saldım. Dövlət Statistika Komitəsinin yaxınlığından keçəndə, Mikayıl Müşfiqin büstü qoyulan kiçik parkı görüb, ayaq saxladım. Axı, bu gün (dünən) nakam şairin doğum günü idi. Büstün qarşısına güllər qoyulmuşdu, az - az da insanlar var idi. Əslində, insanlar çox da ola bilərdi.
Sadəcə, büstün arxa tərəfi - daha böyük bir hissəsi "EveRest" adlanan restoran tərəfindən tutulub, həmin hissəyə də dibçək gülləri ilə hasar çəkiblər. Ora ancaq müştərilər keçə bilərlər. Görünən o ki, çox da bahalı restorandır. Yəni, sravi, orta aylıq əmək haqqı ilə dolanan, parkda istirahət edən bir vətəndaş həmin restoranın zəbt etdiyi yerdə oturub, çay içə bilməz. Bir anlıq düşündüm ki, yəqin elə, o vaxt Müşfiqin büstünü də elə bu restoranın sahibi kimdirsə, o götürdübmüş ki, daha geniş ərazidə fəaliyyət göstərsin. Lakin, medianın vaxtında məsələni ictimailəşdirməsi və dövlət başçısının operativ müdaxiləsi nəticəsində arzuları ürəklərində qalıbmış. Əsas və maraqlı tərəf həm də ondadır ki, prezident həmin ərazidə yol açılışında iştirak edərkən, şairin büstünü ziyarət edib, abidəyə əklil qoyub.
Həmin şəkillərdən də göründüyü kimi bu əraziyə cavabdehlər həmin vaxt restoranın bir neçə saatlıq adını dəyişib, "Oxu tar" qoyub, ərazini tutduqları dibçək güllərini də divarın önünə yığıblarmış.
Bu gün isə fürsətdən istifadə edib, restoranlarının adını da dəyişib, parkın ərazisini də zəbt edib, öz bildiklərini edirlər. Biz bu məsələni yetərincə ictimailəşdirməli, cənab prezidentin tapşırığından sonra bu ərazini prezidentin ziyarəti zamanı "Oxu tar", sonra isə adını dəyişib, "EveRest" (istirahət et) qoyan restoranın sahibinə kimlər satıbsa, cavab verməli, təcili olaraq, parkın onsuzda kiçik olan ərazisini boşaltmalıdırlar.
Şərhlər