Müharibə başlayırmı?.. Geriyə yol yoxdur! HƏDƏF Qarabağ, Zəngəzur... - Danışır: Zaur Qəriboğlu - VİDEO

21.09.2020 17:34     Bizim reaksiya     2007

Jurnalist Zaur Qəriboğlu "Bizim reaksiya" verilişinin CANLI YAYIM buraxılışında cəbhədə baş verən son vəziyyətdən danışıb.

Reaksiya.az xəbər verir  ki, Zaur Qəriboğlu cəbhə bölgəsindəki gərginlikdən danışarkən bildirib ki, artıq xalqın səbr kasası dolub. Xalq artıq cinayətin cəzasız qalmamasını istəyir.

Bu gün artıq şərait yaranıb ki, illərdir bizə qarşı ermənilərin törətdiyi təxribatın qarşısı alınsın, torpaqlarımız işğaldan azad edilsin. Artıq görünən odur ki, danışıqlar masasında oturmağın heç bir əhəmiyyəti yoxdur. Bunu ölkə başçısı da öz çıxışlarında dəfələrlə vurğulayıb.

Artıq zaman müharibə zamanı! Sözümüzü deməli, torpaqlarımızı işğaldan azad etməliyik.

Torpaqlarımızın işğaldan azad etmə prosesini Zəngəzur, Dərələyəz, Göyçəyə kimi davam etdirilməli, tarixi torpaqlarımızı geri qaytarılmalı, Naxçıvanı blokadadan çıxarmalıyıq.

Buna görə də Zaur Qəriboğlu Ali Baş Komandan İlham Əliyevə bir nömrəli səfərbərlik fərmanı imzalaması üçün müraciət edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar