"İran özü də çox yaxşı anlayır ki, bu onun sadəcə sonu olar" - Rusif Məmmədsoy yazır..
26.07.2022 14:35 Bizim reaksiya 633
İlham Əliyev ilə Nikol Paşinyan arasında növbəti görüş üçün hazırlıqlara başlanılıb. Bu görüş çox əhəmiyyətli olacaq. Hər mənada!
Reaksiya.az xəbər verir ki, bu sözləri siyasi ekspert Rusif Məmmədsoy deyib.
Məsələlərə ümumi nəzər yetirdikdə, bəli, proseslər çox ləng gedir və hələ də ən vacib bəyannamənin 4-cü bəndi icra edilməyib. Təbii ki, sadəcə bu da deyil. Məcburi köçkünlərin Qarabağa köçürülməsi prosesi sanki sadəcə ermənilərə aiddi kimi təəssürat yaradan Rusiya öz missiyasının öhdəsindən birmənalı şəkildə gəlmir və ya gəlmək istəmir. Bəli, Rusiya bu prosesləri tormozlamaq üçün hər şeyi edir, bundan sonra da edəcək. Buna artıq heç bir şübhə yeri də qalmayıb. Ətrafımızda baş verən bütün proseslər növbəti qarşıdurmanın ilkin siqnallarıdır. Məsələn, Əliyev sonuncu dəfə bu tipdə açıqlamanı "Tovuz döyüşlərindən" sonra vermişdi. Nəticədə genişmiqyaslı əməliyyatlar başlamışdı. Ötən günlərdə daha bir bu istiqamətdə açıqlama verən Əliyev sadəcə qarşı tərəfi deyil, faktiki şəkildə öz imzasına hörmət etməyən Rusiyanı kəskin şəkildə ittiham etdi. "Nə edəcəyimizi bilirik" deyən ölkə başçısı həm də antiterror əməliyyatları olacağına eyham vurmuş oldu. Bu labüddürmü? Təbii ki, vacibdir. Çünki Rusiyanın əsas məqsədi məhz bölgədə varlığını davam etdirməkdir. Xüsusilə də bu proseslərdə təkbaşına deyil, İranla koordinasiyalı şəkildə hərəkət edirlər.
"Bu gün yayılan xəbərə görə isə Azərbaycan tərəfinə bir neçə istiqamətdə atəş açılıb, təxribatlar olub. Bu dəfə baş tutacaq əməliyyatlar genişmiqyaslı olmayacaq. Təbii ki, Rusiyanın açıq şəkildə savaşa müdaxilə etməyəcəyi təqdirdə. Bu zaman da sual yaranır ki, Rusiya indiki məqamda bunu edərmi? Rusiya üçün qırmızı cizgi olmadığı bəllidir. Lakin, bu gün Azərbaycanın qarşısına çıxmaz. Ən azından açıq şəkildə. Azərbaycan bölgədə yalnız deyil və bununla yanaşı Azərbaycan Ukrayna deyil. Azərbaycanla hər hansı hərbi qarşıdurma Rusiya üçün çox baha başa gələ bilər. Əlbəttə ki, burada Rusiyanın hərbi gücünün zəif olduğunu düşünmürəm. Ancaq Rusiya yaxşı anlayır ki, hər hansı qarşıdurma sadəcə Azərbaycanla olmayacaq. Xüsusilə Türkiyə ilə, eyni zamanda Aİ və anqlosalslarla savaşmaq deməkdir. Bu mənada növbəti anti-terror əməliyyatları labüddür. Əks halda zaman bizim leyhimizə işləmir. Bununla yanaşı Azərbaycana qarşı hər mənada təxribatlara hazırlaşan Cənub qonşumuzun bu məsələ üzərindən təhdidləri daha da artacaq. Hətta Zəngəzur dəhlizi olacaqsa biz buna səssiz qalmayacağıq deyirlər. Əlbəttə bu da növbəti blefdir. Sual olunur ki, neyləyəcəksən? Savaşmı açacaqsan? Əhalisinin çoxu azərbaycanlılardan ibarət olan İran bir sıra məsələləri unudub sanki. Bu ayrı müzakirə mövzusudur. Bununla yanaşı İran özü də çox yaxşı anlayır ki, bu onun sadəcə sonu olar". - deyə ekspert bildirib.
Şərhlər