Zaur Qəriboğlu: “Təhsilimiz onkoloji xəstəlikdən əziyyət çəkir”

20.02.2024 20:17     Bizim reaksiya     1183

Zaur Qəriboğlu yazır: Hadisəni törədən görünüşündən şagirdə bənzəməyən 156 saylı orta məktəbin şagirdidir. Direktoru da deyir ki, bu vaxta qədər həmin şagirddən şikayətimiz olmayıb, hadisəni də “zarafatla” etdiyini deyib. Valideynlərin günahı çoxdu, amma bu cür bərbad təhsil sisteminin günahı isə daha çoxdur! Bir məktəbdəki I sinfdən müəllimlər dərs keçmir, repetitorluq edir, həmin məktəbin şagirdlərindən nə olacaq?! Təhsil bir ölkənin dayaq nöqtələrindən biridir. Təhsilimiz isə onkoloji xəstəlikdən əziyyət çəkir, metestaz verib, ölüm ayağındadır. Əsas səbəblərdən də biri ömründə bir saat sinfdə, auditoriyada dərs deməyən adamların bu sahəyə rəhbərlik etməsidir. Sanki, xərçəng xəstəsini veriblər bir diş texnikinin əlinə ki; al, müalicə elə. Bu xəstə ölüm ayağındadır! Təcili, müdaxilə olmazsa, gələcəyimiz məhvə məhkumdur! Təhsilin problemlərindən danışmaqla bitməyəcək. Bu problemlərdən biri də dünyanın qəbul edib, tanıdığı uzaqdan, distant təhsili “qəbul etməyən” təhsilimiz, pandemiyada hazırlıqsız yaxalandı. Üz-üzə təhsil sistemi də göz qabağında… Bir sözlə, təhsil strategiyamız sil, başdan yenilənməli, qardaş Türkiyənin təhsil sisteminə keçid edilməlidir! Reaksiya.az

Şərhlər

Çox oxunanlar