Suriyalılara tək sahib çıxan Türkiyədir
04.09.2015 19:31 Bizim reaksiya 4000
İki gündür dünya Bodrum sahillərinde ölü olaraq tapılan Aylindən danışır.
Suriyalı bir qacqın ailənin övladı olan bu qızcığaz üzərindən siyasi oyunlar oynanılır desək yanılmarıq.
Oxucum “haqsızsan, bu dəhşətə sahib çıxır dünya” – deyə bilər.
O zaman mən də soruşuram: “həqiqətən bir uşağın ölümü yəni dünyanı bu qədər maraqlandırır?”
Bir sözlə veclərinədir?
“He” – deyəcəksiniz. Bunu da soruşuram:
“Bəs, 1992 - ci ildə ermənilərin təkcə bir gecədə soyqırıma məruz qalan Xocalıda 83 körpənin qətliamına niyə göz yumdu sizin dünyanız?”
Deyək ki, onda dünyanın vicdanı yatırdı.
O zaman son 10 ildə Orta şərqdə öldürülən körpələri niyə müdafiə etmədi bu dünya?
Hə, deyək ki, son on ildə də oyanmamışdılar.
İki ay öncə Kərkükdə və Mosulda başı kəsilib analarının qucağına cəsədi verilen, atasına başı verilen qızdan niyə danışmadı bu Avropa deyilən dünya?
Hə, əminəm buna verəcəyiniz cavab yoxdur. Amma mənim dünyanın bu oyununa verəcəyim cavabım var.
Hər addımda Türkiyəni günahlandıran dünya Suriyalı qaçqınları görməzlikdən gəlir, onları görmək istəmir.
Bunu da açıq şəkildə söyləyə bilmədiyi ücün o körpənin cəsədi üzərindən bir daşla iki quş vurmağa çalışır.
Bir bu rəsmi paylaşaraq dünyaya demək istəyir ki, Türklər vəhşidirlər, onlara sığınan insanlara sahib çıxmırlar.
İkincisi, bunu paylaşaraq insanların gözün qorxudub, qanunsuz yollarla Avropaya axınların qarşısını almaq istəyirlər .
Birinci məsəslənin üzərində kiçik bir təhlil aparsaq.
Türkiyədə 1 milyon 960, yəni hardasa 2 milyon Suriyalı qaçqın var. Türkiyə Cumhuriyyəti illərdir o insanlara yardım edir. Türkiyədə yaşayan biri olaraq üzərinə basa-basa deyə bilərəm ki, xarici idarədə yaşamaq ücün icazə almaq zamanında belə onlar növbəyə durmurlar. Növbədənkənar, gözləmədən problemləri həll edilir.
Hələ bu harasıdır?! Xəstəxanalarda belə Türkiyə vətəndaşları heç bir yerdə işləmirsə, sağlamlıqla bağlı bütün prosedurlar saxlanılır, amma Suriyalı mühacirlər bütün xəstəxanalarda növbədənkənar pulsuz müayinə olunub, müalicə alırlar.
Bələdiyyələrin verdiyi gündə üç dəfə yemək və başqa yardımları demirəm hələ mən. Aylıq onlara ayrılan maaş da var.
Türkiyə dövlətini və insanını suçlayan Avropa sən ne edirsən?
Macarıstana gəlib ordan Almaniyaya keçmək istəyən qaçqınları zorakılıqla dəmir sığınacaqlara yığıb, ordanda geri qaytarırsan.
Dünən Macarıstanda dünyanın gözü qarşısnda yerlərdə sürüklədiyiniz gənc bir atanın halına hönkür - hönkür ağladım. Xanımını və övladını yaşatmaq üçün, sizin sözünüzə inanıb, öz dövlətinə üsyan edən, müharibədə iştirak edən, öz ölkəsində yaşamağın mümkün olmadığını görən bu ata kim bilir sizing yanınıza nə ümüdlərlə gəlmişdi? Və əminəm ki, artıq siz onu sarıldığı xanımı ilə birlikdə dəmiryolu relslərinin üstündə sürüyərkən Avropanın uydurma yalanlarına inandığı üçün özünə lənət oxuyub.
Türkiyənin 2 milyon insana sahib çıxdığı halda bir uşağın ölümündən məsul tutan Avropa 2 min qaçqına dözə bilmirsən. Nə oldu hanı insan hüquqları sənin üçün hər şey idi?
Əslində biz sizn necə insan hüquqları müdafiə etdiyinizi bilirik, sadəcə satqınlar bunu qəbul etmir, cahillər də o satqınların uydurmasına inanır. Sizi isə ancaq siyasi maraqlar maraqlandırır.
Ərdaoğanı tənqid edən bədbəxt Avropa nə oldu, dünənə kimi dostunuz olan bu adam sizin planları anlayıb geri qayıtdı deyə mi, onu bağışlaya bilmirsiniz? Bir tərəfdən PKK itləriniz, digər tərəfdən sizin əlinizə oynayan siyasi qüvvələr vasitəsi ilə dövlətə hücum etdirirsiniz.
Əmin oldun heç bir şeyə nail olmayacaqsınız. Türk insanı həyatında bir kitab oxumayan, sadəcə qulaqdan qulağa sizin uydurmanıza inanan Orta şərq insanı deyil. Onlar üçün son anda hər şeyin üstündə Vətən durur. Yəni Vətən, Millət, Sakarya hər Türkiyəlinin doğuşdan simvoludur.
Şərhlər