“Ninja Tısbağalar”ın pizzası…

04.11.2015 18:49     Bizim reaksiya     4412

1989 – cu il… “Ninja Tısbağalar” cizgi filmi yenicə çəkilib. Qardaş Türkiyədə göstərilməyə başlanılır. Məqsəd türk mətbəxinə pizzanı daxil etmək. Bir neçə pizza restoranı açıldı həmin dövrdə Türkiyədə. Amma təəssüf ki, restoranlar şəbəkəsi uğur qazana bilmədi və restoranlarını bir – bir bağlamaq məcburiyyətində qaldı. Heç kimi pizza yemək istəmirdi. Çünki, pizza yeməli olan cizgi filmə baxan uşaqların anaları pizza bişirməyi bacarmırdı. 

Səbəb bu qədər sadə idi.
Üstündən üç il keçdi. Üç il sonra “Ninja Tısbağalar” cizgi filmini yenidən bazara çıxardılar. Onda Türkiyədə özəl telekanalların yenicə açılan vaxtları idi. Üç il əvvəl dövlət televiziyasında uğursuzluğa məhkum olunan cizgi filmini bu dəfə bir xarici produksiya şirkəti özəl telekanallardan birinə promasiya qiymətinə təklif etdi. Televiziya şirkətinin rəhbərliyi şokda idi. Çünki təklif olunan qiymət heç cizgi filminin araya - ərsəyə gəlməsinə lazım olan pulu yarısı belə deyildi. Cizgi film telekanalda göstərilməyə başlayandan qısa bir müddət sonra dəftərxana ləvazimatları satan mağazaları cizgi filminin reklam edən dəftər üzləri, qələmlər, dəftərlər, yapışqanlar və.s. doldurmağa başladı. Və yavaş – yavaş cizgi filminə baxan uşaqların şüuraltına hücumlar həyata keçirilirdi. Artıq uşaqlar evdə analarından pizza bişirməyi tələb edirdilər.
Analar isə pizza bişirməyi bacarmırdılar...
Çünki həmin pizzaları bişirməyi onlara öyrətməmişdilər...
Və yenə uşaqların “köməyinə” bir restoran şəbəkəsi yetişdi. Böyük şəhərlərdə pizza bişirən restoranlar açılmağa başladı. Artıq analara ehtiyac qalmamışdı. Pizza restoranlarından uşaqlarını yığmaq üçün analar yeni pizza reseptləri öyrənirdilər. Yox, lənət şeytana, öyrənmirdilər, sadəcə qədim türk yeməyi pidəni pizza kimi uşaqlarına təqdim edirdilər.
İndi “Ninja Tısbağalar” cizgi filminə baxan uşaqlar artıq böyüyüblər. Artıq onlar evləniblər də hətta. Hərdən evlərində yemək bişirməyə həvəsi olmayan “Ninja Tısbağalar” “bəlkə pizza sifariş edək, gəlsin?” – deyə soruşurlar bir – birlərindən. 
Telekanallar isə dayanmadan pizza reklam edir. Bu da sizə mədəniyyətin degeredasiyasına kiçik bir örnək!...
Gerisini siz düşünün!...
Qərb mədəniyyəti qloballaşmanı Türkiyəyə pizza ilə gətirdi. Bəs, bizdə?!

Şərhlər

Çox oxunanlar