Ermənistan iqtisadiyyatının gələcəyi sual altındadır
22.06.2015 15:18 Bizim reaksiya 3926
Keçdiyimiz günlərdə Ermənistan hökuməti, Ermənistan iqtisadiyyatının 2-3% - lik səviyyəsində bir böyüməsini gözlədiyini açıqlayıb və baş nazir Hovik Abrahamyan isə bu rəqəmin 4% - i də keçə biləcəyini söyləyib. Yəni Ermənistan hökuməti ölkə iqtisadiyyatının gələcəyinə nikbin baxdığını vurğulayıb.
Digər tərəfdən, Beynəlxalq Valyuta Fondu (IMF) isə Ermənistan iqtisadiyyatının gələcəyinə olduqca pessimist yanaşır. BVF-nin aprel ayında nəşr olunan “Dünyanın İqtisadi mənzərəsi” hesabatı, Rusiyada yaşanan iqtisadi daralmadan ötəri da Ermənistanda 2015-ci il üçün1% - lik bir kiçilməni nəzərdə tutur. Başqa bir sözlə, beynəlxalq ictimaiyyətdə Ermənistanın verdiyi açıqlamalara inanmırlar və bu ölkənin iqtisadiyyatının gələcəyi haqqında pessimist baxış hakimdir.
Həqiqətən də, BVF-nin Ermənistan nümayəndəsi Daban Sanchez açıqlamasında bildirib ki, Ermənistan iqtisadiyyatı qeyri-müəyyənlik içindədir. Hökumətin verdiyi statistik məlumatların etibarsız olduğuna da diqqət çəkən Sanchez Ermənistan iqtisadiyyatının təməlində yaşanan problemləri əsas 4 nöqtədən baxır:
- Rusiyadakı iqtisadi çöküşdən təsirlənməmək üçün daha sərt islahatlar lazımdır
- Daha dinamik bir bazaar mövcud olmalıdır
- Bazarda daha çox actor, daha çox rəqabət, daha yaxşı qaydalar olmalıdır
- Adil mühakimə nizamı tətbiq olunmalıdır
Xüsusilə 2014-2015-ci illərdə Ermənistan üzərində həm iqtisadiyyat, həm də siyasət baxımından ən təsirli olan Rusiyadakı böhranlara görə Ermənistanın iqtisadi inkişafında ciddi bir eniş yaşanır. Çünki Ermənistandakı iqtisadi strukturların demək olar ki, hamısı Rusiyanın əlindədir və Rusiyaya işləməyə gedən ermənilərin göndərdiyi pul Ermənistan üçün əhəmiyyətli gəlir mənbələrindən biridir. Bundan aydın olduğu kimi Ermənistanın iqtisadiyyatı artıq Rusiyadan asılı hala gəlib və Rusiyadakı iqtisadi vəziyyətdən dərhal təsirlənir.
Ayrıca, Ermənistan yeraltı ehtiyatlar kimi zəngin strateji ehtiyatlara sahib deyil və kənara çıxmaq məsələsində də çətinlik yaşayır. Buna görə Rusiyadan asılılıqdan xilas olmaq üçün qonşu ölkələrlə əlaqələri normallaşdıraraq beynəlxalq iqtisadi sistemə inteqrasiya olmaq son dərəcə əhəmiyyətlidir.
Ancaq bütün bunlar Ermənistandakı iqtisadi vəziyyətin dəhşətini izah etmək üçün kifayət deyil və Ermənistanın sosial-iqtisadi quruluşu çox ciddi problemlərə malikdir.
Bunlardan bəlkə də birincisi Ermənistandakı iş sferalarında tapşırıq və rüşvət kimi pis vərdişlərin məşhur olmasıdır. Ümumiyyətlə köhnə Sovet ölkələrində bu cür vərdiş məşhurdur və ölkənin iqtisadiyyatına mənfi təsir göstərir. Xüsusilə Ermənistanda bu vəziyyət daha dəhşətli bir şəkildə özünü büruzə verir. Ermənistanda ümumi olaraq bir şirkətin üzvləri, prezidentin və ya müdirin qohumları, yerliləri və dostlarından ibarətdir və bir yerdə çalışmaq üçün onlarla əlaqələrin olması olduqca əhəmiyyətlidir. Əks təqdirdə nə qədər qabiliyyətli və müvəffəqiyyətli olursa olsun keyfiyyətli iş yerlərində işləmək olduqca çətindir. Ayrıca rüşvət də Ermənistandakı sosial-iqtisadi sahədə təsirli rol oynayır. Xüsusilə ictimai orqanlarında işlərin inkişaf etməsi üçün rüşvət tez-tez əhəmiyyətli rol oynamaqdadır. Bunlar Ermənistanın iqtisadi sisteminin düzgün və ədalətli işlənməsinə maneə törədir və buna görə də bir çox müvəffəqiyyətli və qabiliyyətli ermənilər ölkədən köçüb xaricə gedirlər. Bu amil Ermənistandakı insan resursları məsələsində də ciddi çətinliklərə səbəb olur.
Ermənistandakı iqtisadi oyunçular arasında ədalətli rəqabət olmaması və siyasi quruluşla dərin əlaqələrin olması da Ermənistanın iqtisadi vəziyyətinə mənfi təsirini göstərir. Dəyərli dostumuz Dr. Fuad Hilalovun "Dərin Ermənistan və diasporanın deşifresi" kitabında yazdığına görə, Ermənistandakı əhəmiyyətli şirkətlərin demək olar ki, hamısı Robert Koçaryan, Serj Sarkisyan və Hovik Abrahamyan kimi siyasətçilərin əlindədir. Məsələn, Ermənistan prezidenti Serj Sarkisyan; ölkə daxilində benzin stansiyaları zənciri, Ararat Bankı, Ararat Restoranlar zənciri, tikinti şirkəti, futbol klubu kimi əmlaklara malikdir və bir neçə bank şirkətləri, poçt xidmətləri kimi əhəmiyyətli sektorlar isə Robert Koçaryanın əlindədir. Ölkədəki mobil telefon şirkətləri, mağaza zəncirləri və fabriklərin çoxu da siyasətçilərin əlində olduğundan Ermənistan iqtisadiyyatı üzərindəki siyasətin təsiri olduqca böyükdür və sərbəst şəkildə işləmək olduqca çətindir. Ayrıca bir-birləri arasında gərginlik olduğu kimi görülən siyasətçilərin əslində arxada tez-tez əməkdaşlıq var. Bu da Ermənistandakı ədalətli rəqabətin olmamasının əsas səbəblərindəndir və Ermənistanda bazarlar çox az insanlar tərəfindən idarə olunur
Ayrıca ədalətli məhkəmə sistemi də mövcud deyil. Belə ki, 2013 – cü ildə Suren Xaçaturyanın villasında meydana gələn qanlı hadisədən sonra istintaqların aparılmasına baxmayaraq, de fakto qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Sahakyan bu prosesə müdaxilə edib və istintaq dayandırılıb. Beləcə bu hadisə də qaranlığa qərq olub. Bu hadisədən başqa Ermənistanda bir çox cinayətlər və hadisələr haqqındakı istintaqlar və iddialar mafianın və siyasi qüvvələrin müdaxiləsinə görə tam olaraq həll olunmadan yarıda dayandırılıb. İqtisadi və siyasi faktorların hüquqa söykənmədən hərəkət etməsi də tez-tez görülməkdə və beləcə Ermənistanda insan hüquqlarına verilən dəyəri Qərb ölkələri ilə müqayisə etmək ümumiyyətlə yersizdir.
Ermənistandakı tapşırığın və rüşvətin geniş vüsət alması, bazardakı ədalətli və aktiv rəqabətin olmaması, güclü siyasət-iqtisadiyyat-yeraltı dünyası əlaqələrinin olması və insan hüquq və azadlıqlarının heçə sayılması Ermənistandakı dinamik bazarın yaradılmasını əngəl törədir və xarici şirkətlərinin Ermənistandakı bazara girmələrini çətinləşdirir. Ermənistandakı bu vəziyyətdən dolayı Ermənistan dünya iqtisadi sisteminə kifayət qədər inteqrasiya edə bilmir və ölkənin iqtisadiyyatı haqqında pessimist proqnozlar verilir.
Keisuke Wakizaka
Şərhlər