Türkiyənin KORAL-ı Rusiyanın S-400-nə qarşı
30.11.2015 12:37 Dünyadan reaksiya 2018
Türkiyənin REM vasitələrində yenilik.
Türkiyənin radioelektron mübarizə kompleksi KORAL (Radar Electronic Attack System) Hmeyim aviabazasında yerləşdirilən S-400 komplekslərinə qarşı fəaliyyət üçün Suriya ilə sərhəddə yerləşdirilib.
Reaksiya.az Oxu.Az-a istinadən xəbər verir ki, bu radioelektron mübarizənin belə vasitələri S-400 radar sistemlərinin siqnallarının qarşısını alaraq onları “kor edə bilər”.
KORAL hərəkətli yerüstü radioelektron mübarizə vasitəsi Türkiyənin arsenalında yeni REM vasitəsidir.
Türkiyənin Aselsan dövlət korporasiyası tərəfindən yaradılmış bu radioelektron müdafiə vasitəsi/fəal radioelektron mübarizə vasitəsinin təyinatı düşmənin müasir radiolokasiya stansiyalarına maneələrin və müdaxilələrin yaradılmasıdır.
Sistem böyük tezlik diapazonunda hədəflərin çoxsaylı siqnallarını təhlil edir və avtomatik olaraq yüksək tezlikli rəqəmsal yaddaşı sayəsində cavab addımlarının alqoritmini formalaşdırır. 150 km-ə yaxın səmərəli məsafəyə malik olan KORAL əldə olan məlumata görə, istənilən yerüstü, dəniz və aviasiya bazalı radiolokasiya sistemlərini məhv edə və azdıra bilər.
Bu yeni sistem düşmənin ətraf şəraitdən məlumatı olmasının mümkünlüyünü azaldır, ona görə də rusları istiqamətdən azdırmağa, hərbi vəziyyət barədə məlumatın gizlədilməsinə və onların Türkiyə ordusu üçün təhlükə yarada biləcək silah sistemlərini kor etmə qabiliyyətinə malikdir.
Xatırladaq ki, S-400 komplekslərinin Rusiya aviabazasına yerləşdirilməsi haqqında qərar Rusiyanın Su-24 bombardmançısının Türkiyə hərbi hava qüvvələri tərəfindən Suriya səmasında vurulmasından sonra qəbul edilib.
Şərhlər